Bu ilin ikinci rübünün yekununda Çinin “Xiaomi” brendi smartfon telefonların satışında ilk dəfə “Apple”nin önünə keçərək ikinci yerə yüksəlib.
BizimNeftçala.info Yeniavaz.com – a  istinadla xəbər verir ki, bu barədə məlumat “Canalys” şirkətinin növbəti hesabında yer alıb.
Hesabatda bildirilir ki, Çinin digər bir smartfon istehsalçısı “Huavei”yə qarşı sanksiya tətbiq olunması “Xiaomi”nin satışlarını artırıb. Son bir ildə “Xiaomi”nin satışları 83% artıb.
Canalys” şirkəti bildirir ki, “Xiaomi”nin Latın Amerikası ölkələrindəki satışları 300%, Afrikaya – 150%, Qərbi Avropada isə 50% artıb. Eyni zamanda qeyd olunur ki, “Xiaomi”nin təyin etdiyi orta qiymətlər “Samsung”dan təxminən 40%, “Apple”dən isə 75% aşağı olub.
Məlumatda qeyd olunur ki, bu ilin ikinci rübündə dünyada ən çox smartfon satan Cənubi Koreyanın “Samsung” şirkəti olub. Dünya üzrə smartfon satışının 19%-i “Samsung”un payına düşüb. İkinci sırada yer alan “Xiaomi”nin bazar payı 17%-i olub. “Apple” brendi 14% payla üçüncü yerə geriləyib. Son bir ildə “Samsung”un satışları 15%, “Apple”nin satışları isə cəmi 1% artıb.
Növbəti yerlərdə ən çox satılan smartfon brendləri “Oppo” və “Vivo” olub. Hər iki brendin bazar payı 10% təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir