Neftçalada qadın faciəli şəkildə dünyasını dəyişib.
BizimNeftcala.info APA-ya istinadən xəbər verir ki, hadisə Neftçala rayonunun Ərəbqardaşbəyli kəndində qeydə alınıb.
Kənd sakini, 1965-ci il təvəllüdlü Həsənova Zeynəb Heydər qızı traktorun təkəri altında qalaraq ölüb.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.