Çox da uzaq keçmiş olmayan – 26 ay bundan əvvəlki tarixdə böyük bir həqiqətin təsdiqinə şəhidlərimizin qanı, Komandanın zəkası ilə möhür vuruldu. Bu həqiqət 28 il əsarət yaşadı,amma sonda həqiqət olduğunu dünyaya sübut etdi. Dünya 44 günlük bir savaşın gedişində edilən taktiki gedişə də, sonda əldə olunan üçtərəfli bəyanatın imzalanmasına da sadəcə heyrət etdi. Heyrət edənlər arasında mənfur düşmənlərimiz də var idlilər. O mənfur düşmənlər ki iyrənc əməlləri ilə 28 il Laçına,Şuşaya, Kəlbəcərə, Qubadlıya,Zəngilana,Ağdama,Cəbrayıla,Füzuliyə dağ çəkmişdilər. Onların dağları özlərini yandırdı. Hər işin nəhayəti olduğu kimi, bizim də acı gerçəyimizin sonda bir şirin nəhayəti oldu və biz qələbə çaldıq. Düşməni həm cəbhədə,həm də siyasət masasında məğlub etdik.
Ali Baş Komandanımızın, Rusiya Prezidentinin və Ermənistan Baş nazirinin danışığı ilə yekunlaşan bu üçtərəfli görüşün nəticəsi bizə başucalığı,ermənilərə üzqaralığı gətirsə də,onlar bununla razılaşmaya bilməzdilər.
Kapitulyasiya… Bu sözün ağırlığını hələ də düşmən qaldıra bilmir. Elə bunun nəticəsidir ki, xülyalarından əl çəkməyən düşmən məğlubiyyətlə barışmasına baxmayaraq 10 noyabr sazişindən sonra bir neçə dəfə mövqelərimizi atəşə tutub. Düzdür, hər dəfə mövqelərimizi atəşə tutan düşmən cavab atəşi ilə susdurulub və olduğu mövqedən də geri çəkilməyə məcbur edilib,amma əlinə fürsət düşən kimi xəyalpərəstliyini silahların alov saçan dili ilə demək istəyib. Bütün iyrənc yolları arayan düşmən çıxış yolu tapmadıqda dırnaqarası böyük havadarlarının dili ilə danışıb. “Arxalı köpək qurd basar” deyimi düşməni bəzən yaman ruhlandırır. Bu yaxınlarda elektron mənbələrdən oxuduğum məlumatların birində Ermənistanın Hindistandan silah alması məlumatı yayımlanmışdı. Düzü,təəccübləndim. Ermənistanın bu cür acınacaqlı zamanında xalqının rifahını düşünmək əvəzinə silaha o qədər mənasız və məzmunsuz yerə pul xərcləməsini heç cür idrakımın süzgəcindən keçirə bilmədim. Bu barədə düşünərkən Cənab Prezidentimizin yerli televiziya kanallarına 10 yanvar 2023-cü il tarixində verdiyi müsahibəni xatırladım. Mənim düşndüyümün cavabı olan bir məqam. Azərbaycan Respublikasının Ali Baş Komandanı Cənab İlham Əliyev müsahibəsində deyir: “Ermənistan silaha əbəs yerə vəsait xərcləyir” . Prezidentimizin əminliklə dediyi bu fikrin dərinliyinə vardım və gözlərim önündə Qənimətlər parkı canlandı.Həqiqət bu qədər bəsit ikən, həqiqəti bu qədər asan görmək var ikən Ermənistan tərəfi bu məsələyə niyə bu qədər qeyri-ciddi yanaşır? Ümid edirəm ki, erməni tərəfi Bakıda ikinci Qənimətlər parkının açılmasına rəvac verəcək heç bir addım atmaz və Kapitulyasiya aktının madələrinə bənd-bənd əməl edər, sülh təmin olunar. Əks-halda bunun onlar üçün nə qədər faciəvi sonluqla nəticələnəcəyini görməmək mümkün deyil.
Elnur Abdiyev,
YAP Neftçala rayon təşkilatının fəal üzvü