Neftçalada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizimneftcala.info MAYAKİNFO – a istinadən xəbər verir ki, noyabrın 14-də saat 23 radələrində Neftçala rayonunun Aşağı Qaramanlı kəndi ərazisində rayon sakinləri A.Xankişiyevin və N.Həsənovun idarə etdikləri 2 “VAZ-21154” markalı avtomobil toqquşmuşdur. Nəticədə A.Xankişiyevin sərnişinlərindən Namiq Əliyev və Xəyal Ağayev hadisə yerində ölmüş, özü və digər 1 sərnişini isə xəstəxanaya yerləşdirilmişdir.

Neftçala RPŞ tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir