Loading

Azərbaycanın ən qədim yaşayış məskəni olan Füzuli rayonu həm təbiəti, həm də tarixiliyi ilə böyük əhəmiyyətə malikdir.1993 cu ildə ermənilər tərəfindən işğal olunan Füzuli rayonu 2020-ci ilin 17oktyabrinda azad olundu.44 günlük vətən savaşının qələbə ilə bitməsində əlbəttə mühüm strateji əhəmiyyətə malik olan Fuzulinin azad olmasi xüsusi yer tuturdu.Füzulini azad etməklə Müzəffər Azərbaycan Ordusu qadir olduğu gücü düşmənə sübut etdi.Qələbəyə aparan yol məhz Füzulidən keçirdi.Duşmənə göz dağı olan, bizi Şuşaya aparan ‘Zəfər Yolu’da Füzulidən baslayir. Füzuli uğrunda gedən döyüşlər zamanı xüsusi bacarıq nümayiş etdiren Azərbaycan ordusu 27 illik həsrətə son qoydu.Uzun illər ərzində düşmən elə təsəvvür yaratmışdı ki,sanki istehkamlar keçilməzdir.Lakin 44 günlük veten muharibəsində nəinki Füzuli hətta digər isgal altinda olan torpaqlarimizi da geri qaytardiq.Muharibə dövründə döyüş bölgəsindən uzaqda yerləşən,dinc əhalini hədəf alan düşmənə cavabını ancaq savaş meydaninda verirdi.Gücü yalniz yaşlilara ,uşaqlara çatan düsmənin artiq rəşadətli Azərbaycan ordusu qarşısinda qaçmaqdan basqa yolu qalmadi.Texnikalarini,silahlarini ataraq qaçan düsmən məglubiyyəti qəbul etdi.Ələ kecirilən qənimətlər Zəfər paradinda nümayis olundu.

2021-ci il martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli şəhərində səfərdə olmuşdular.Prezident İlham Əliyev yenə işğaldan azad edilmiş torpaqlarda olduğunu vurğulayaraq. “Bu gün Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyacağam. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Bu, birinci layihə deyil. Artıq bir neçə yol layihəsi icra edilməkdədir. Azad edilmiş torpaqların bərpası başlamışdır. Füzulidən Şuşaya yol çəkilir – Zəfər yolu çəkilir. Eyni zamanda, Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər yol çəkiləcək. Bir sözlə, müharibədən dörd ay keçməsinə baxmayaraq, böyük quruculuq işləri başlamışdır.Yenə də azad edilmiş torpaqlarda olarkən, bu dağıntıları görərkən bir daha görürük ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etmişdir, bizim tarixi irsimizi silmək istəmişdir. Amma buna nail ola bilmədi. Biz bu torpaqlara qayıtmışıq. Qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıtmışıq. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq” deyə qeyd etmişdir.

Ağaş Paşayev,

YAP Neftçala rayon təşkilatı

Həsənabad qəsəbə ərazi partiya təşkilatının sədri

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir