“Son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur” bunu Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində deyib.Bu illər ərzində neft sektoru ilə yanaşı ölkəmizin qeyri-neft sektoru da inkişaf etdirilərək ümumilikdə çox yüksək göstəricilərə nail olmağımıza yol açıb. Beləki, son 20 ildə ölkəmizin iqtisadiyyatı 3 dəfə artıb. Azərbaycanın valyuta ehtiyatları 65 milyard dollara çatıb, xarici dövlət borcumuz 6 milyard dollara enməklə valyuta ehtiyatlarımızdan 10 dəfə azalıb. Bu da istənilən zaman xarici dövlət borcumuzu sıfırlamağa imkan verir.Əgər iqtisadi cəhətdən gücümüz olmasaydı, ordumuzu müasirləşdirə və torpaqlarımızı işğaldan azad edə bilməzdik. Hansısa mənbələrdən iqtisadi cəhətdən asıllı olsaydıq, o dairələrin təsiri altında olardıq və müstəqil şəkildə öz işimizi icra edə bilməzdik.Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımların əhatə dairəsi günü-gündən genişlənməkdədir. Son 20 ildə əmək haqları, pensiyalar və müavinətllər dəfələrlə artırılmışdır. Pandemiya dövründə əhalinin sosial vəziyyətinin pisləşməsinin qarşısını almaq məqsədilə sosial paketlər icra olundu.Prezident İlham Əliyevin uzaqgörən siyasəti gələcək illərdə də ölkəmizi daha inkişaf etdirəcək və gücləndirəcəkdir. Təbii ki, iqtisadi cəhətdən güclü və müstəqil ölkələrin dünya siyasətində sözü daha güclü olur. Bu gün Azərbaycan dünyada öz sözünün imzası qədər möhkəm olduğunu təsdiq edib.
Fəxriyyə Qafarova,
YAP Neftçala rayon təşkilatı
ərazi partiya təşkilatının sədr müavini