Loading

Dövlətin həyata keçirdiyi demokratik islahatlar sayəsində ölkəmizdə keçid dövrü cəmiyyətindən vətəndaş cəmiyyətinə tranzit baş verib, sosiumda yüksək siyasi şüur səviyyəsi formalaşıb. Şəxsiyyət azadlığı, cəmiyyətdə insan amili məsələsi müasir ictimai-siyasi həyatda böyük əhəmiyyətə malikdir. Azərbaycan Respublikasında dövlət quruculuğu prosesində insan amilinin rolu və əhəmiyyətinin yüksəldilməsi çox vacibdir.

“Azərbaycanda bütün azadlıqlar təmin edilir. Azərbaycan demokratik ölkədir. Azərbaycanda insanlar azad yaşayırlar. Azərbaycanda bütün xalqların, bütün konfessiyaların nümayəndələri bir ailə kimi yaşayırlar. Bu da dünyada bir nümunədir və bunu təkcə mən yox, bir çoxları, yəni, bu məsələ ilə yaxından məşğul olan ekspertlər, siyasətçilər, dövlət xadimləri, beynəlxalq təşkilatların rəhbərləri qeyd edirlər”- bunu bunu Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində deyib.

Dövlətimizin başçısı bildirib ki, “Bu unikal ab-hava bu gün ölkəmizi gücləndirir. Bax, bu gün durduğum Şuşa şəhərinin mərkəzində bunu bir daha demək istəyirəm ki, Azərbaycanda yaşayan bütün xalqların qanı, canı bahasına biz bu gün burada dayanmışıq. Bu, böyük sərvətdir. Amma elə ölkələr var ki, orada milli, dini zəmində qarşıdurmalar baş verir, toqquşmalar baş verir. Elə ölkələr var ki, orada heç bir başqa xalqın nümayəndəsi yaşaya bilmir, elə Ermənistanı misal göstərək. Əhalisinin 99,9 faizi ermənilərdən ibarət Ermənistan bax, bu rəqəmlə faktiki olaraq öz faşist siyasətini göstərir. Ancaq vaxt var idi indiki Ermənistanın əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi, digər millətlərin nümayəndələri təşkil edirdi. İndi Avropanın bəzi ölkələrində, Ermənistana böyük rəğbətlə yanaşan ölkələrdə islamofobiya baş alıb gedir, qanunlar qəbul edilir, dinimizə qarşı çirkin əməllər törədilir, “Qurani-Kərim” yandırılır və buna da biganə yanaşırlar. Yəni, mən bu sözləri söyləməklə bir daha demək istəyirəm ki, bizdə mövcud olan ab-hava unikaldır. Bu, bizim həyat tərzimizdir və eyni zamanda, bu, bizim siyasətimizdir, bu, bizim gücümüzdür. Bu gün belədir, bundan sonra da belə olacaq. Ancaq belə olan halda, biz bundan sonra da rahat yaşaya bilərik, öz gələcəyimizi özümüz qura bilərik”

Azərbaycan dövləti mətbuatın hərtərəfli inkişafı üçün əsas prinsiplərdən biri olan fikir və söz azadlığının təmin edilməsi üçün ölkədə azad mətbuatın hüquqi bazasının formalaşdırılması istiqamətində qətiyyətli addımlar atdı. İnsan hüquq və azadlıqlarının qorunması, insanların öz fikirlərini sərbəst ifadə etmələri, bu məqsədlə mitinq, piket və etiraz aksiyalarının keçirilməsi üçün şəraitin yaradılması, belə aksiyalar üçün müvafiq yerlərin ayrılması ulu öndərin demokratik prinsiplərin inkişafına yaratdığı əlverişli şəraitin göstəriciləri idi. Dövlətimizin başçısı ölkəyə rəhbərlik etdiyi illərdə müstəqil inkişaf yolu seçmiş Azərbaycan yüksək mənəvi keyfiyyətlər göstəricisi olan demokratik prinsiplərin qorunmasını, insan hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi hesab etmişdir və bu gün də həmin istiqamətdə qətiyyətli addımlar atılır. İnsanlar onlar üçün yaradılmış əlverişli şəraitdən yararlanaraq, öz siyasi azadlıqlarından, özünütəsdiqin inkişafı naminə və ictimai həyatda özlərinin fəal iştirakı üçün istifadə edirlər.

 

Gündüz Əsgərov,

YAP Neftçala rayon təşkilatı

ərazi partiya təşkilatının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir