Son 30 il ərzində regionda əməkdaşlığa və təhlükəsizliyə ciddi təhdidlər yaradan Ermənistan 44 günlük müharibədən sonra da öz təcəvüzkarlıq siyasətindən əl çəkməyib. Müharibədə uğradığı acınacaqlı məğlubiyyəti həzm edə bilməyən bu ölkədə həm hakimiyyətdəki, həm də müxalifətdəki müəyyən qüvvələr revanşist mövqedən çıxış edərək müharibə ritorikası səsləndirirlər.Məğlub Ermənistanın belə davranışları qalib Azərbaycanı qane etmir. Respublikamız o mövqedən çıxış edir ki, regionda davamlı sabitliyə və təhlükəsizliyə nail olmaq, imkanları əməkdaşlığa, iqtisadi inkişafa yönəltmək üçün Ermənistanla sülhə nail olunmalı, sərhədlər delimitasiya və demarkasiya edilməlidir. Azərbaycanın özünün ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqeyini müdafiə etməsi, məqsədlərinə çatması üçün gücü və qətiyyətli siyasi iradəsi var. Respublikamız Ermənistanın təxribatlarına dərhal əks-həmlələrlə cavab verməklə qarşı tərəfə “Dəmir yumruq”un yerində olduğunu xatırladır. Eyni zamanda, sülh prosesinin danışıqlar yolu ilə irəliləməsində ölkəmizin dəyişməz iradəsi ortadadır. Azərbaycan vasitəçilərin səyləri ilə aparılan danışıqlarda fəallıq nümayiş etdirir.Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya dövrünün gəlib çatıb. Bəhs olunan toplumun-20 minədək erməni əhalisinin böyük əksəriyyətinin buna hazır olduğu barədə siqnallar da gəlməkdədir. Onlar başa düşürlər ki, Dağlıq Qarabağın heç üfüqdə də görünməyən müstəqilliyi siyasi oyunbazlıqdan başqa bir şey deyil. 30 işğal sadə insanların həyatına hansısa bir üstünlüklər gətirməyib, əksinə insanların həyatı ağırlaşıb, onlar daim təzyiq və təhdid altında yaşayıblar. Cinayətkar, separatçı rejimdə təmsil olunanlar isə varlanıblar, özlərinə sərvət toplayıblar. Ermənistandan, digər ölkələrdən və xaricdəki lobbi təşkilatlarından gələn yardımlar, qrantlar məhz onlar tərəfindən mənimsənilir. Belə fikirlər, korrupsiya faktları vaxtaşırı Xankəndində keçirilən mitinqlərdə də səsləndirilir. İnsanlar buradakı separatçı rejimin fəaliyyətindən narazılıqlarının pik həddə çatdığını bildirirlər. Postmüharibə dövründə Qarabağda yaşayan erməni əhalisindən Azərbaycanın müvafiq qurumlarına müraciətlər daxil olub. Həmin müraciətlərdə erməni əhalisinin təmsilçiləri Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olduqlarını bildirirlər.Azərbaycanın paytaxtında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Bu gün dünya: çağırışlar və ümidlər” mövzusunda 10-cu Qlobal Bakı Forumu keçirilib.Forumda 23 ölkədən dörd prezident, iki baş nazir, altı spiker və nazir, BMT-nin beş strukturunun rəhbəri, 25 sabiq prezident, 21 sabiq baş nazir, xarici işlər nazirinin müavinləri – ümumilikdə 61 ölkədən 360 nümayəndə iştirak edib.Müxtəlif etnik qrupların və konfessiyaların nümayəndələrinin Azərbaycanda ləyaqətli və dinc şəraitdə yaşadıqlarını vurğulayan dövlətimizin başçısı deyib. “Ona görə əminəm ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı olacaq”.və əlavə edib ki, Azərbaycanda milli azlıqların hüquqları Konstitusiya ilə qorunur.Reinteqrasya baş tutarsa, erməni icmasının da milliyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı kimi Konstitusiyada tanınan hüquq və azadlıqlara sahib olacağı istisna deyil.“Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil”,- deyən dövlət başçısı vurğuladı ki, Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq: “Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə”. Ermənistan bunu öz xoşu ilə etməlidir, əks halda Azərbaycanın digər vasitələrə əl atmaqdan başqa yolu qalmayacaq.
Kamil Qardaşov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini