Loading

Fevralın 6-da qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ hər birimizi sarsıtdı. Bu tarixi günlərdə ilk dəqiqələrdən Azərbaycan həm dövlət səviyyəsində, həm də xalq tərəfindən öz qardaşlığını, dostluğunu sübut etdi. Zəlzələdən bir neçə saat sonra  ilk olaraq ölkə prezidentinin tapşırığına əsasən Azərbaycanlı xilasedicilər və həkim briqadası qardaş ölkəyə yola düşdü. Daha sonra isə dövlət və xalqımız yenə birlik nümayiş etdirərək bütün gücünü səfərbər etdi. Çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardımlar göndərilməyə başladı.  İlk olaraq faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir. Fevralın 11-də Türkiyənin zəlzələ bölgəsinə növbəti humanitar yardım təyyarəsi yola düşüb. Budəfəki humanitar yardıma faciədən zərər çəkmiş şəxslər üçün zəruri olan əlavə avadanlıqlar, o cümlədən qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar daxildir.  Bundan başqa Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən yardım kampanyasına start verdi. 8-14 fevral tarixlərində Türkiyənin zəlzələ olan regionlarında ehtiyac duyulan ləvazimatlar toplandı, ən qısa müddətdə kompleksləşdirilərək Türkiyəyə yola salınacaqdır. Zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep hava limanında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi əsasında qardaş ölkəyə humanitar yardım aparan Fond əməkdaşları ilə görüşüb. Baş vermiş faciə ilə əlaqədar Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın başsağlığını çatdıran Fondun nümayəndəsi Elvin Aslanov bu günlərdə Azərbaycan xalqının, ölkənin bütün təşkilatlarının qardaş ölkə üçün zəruri yardımların göstərilməsi naminə səfərbər olduğunu bildirib. Azərbaycan dövləti və xalqının Türkiyədəki faciə ətrafında səfərbər olmasına görə təşəkkürini bildirən Rəcəb Tayyib Ərdoğan bildirib: “İlham qardaşıma, Mehriban bacıma öz adımdam, millətim adımdan çox təşəkkür edirəm!” Azərbaycanda xalqın zəlzələ qurbanları üçün humanitar yardıma qoşulmasından, göndəriləcək yardımlar barədə məlumatlı olduğunu deyən Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycanın yanında olduğu kimi, indi də belə çətin gündə Azərbaycanın Türkiyənin yanında olduğunu bildirib. “Öz adımdam, ailəm və xalqımız adından minnətdarlıqlarımı çatdırıram. Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!”

Hüsniyyə Zeynalova,

YAP Neftçala rayon təşkilatının veteran üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir