Loading

Zəfər Günü – bu əlamətdar gün həm də Azərbaycan xalqının birlik, şərəf, məğrurluq, qürur və ədalət bayramıdır, tariximizə qızıl hərflərlə yazılan, dünya hərb elminə dair dərsliklərə düşən, ordumuzun qüdrətini bütün dünyaya tanıdan böyük hadisədir. Müzəffər Ali Baş Komandan Zəfər Günü Şuşadaydı. Şuşanın qurtuluş günü Şuşada, bütün Azərbaycanda bayram edilirdi. Bu əziz gündə dünya azərbaycanlıları, türk dünyası, xeyrin şərə, ədalətin vandalizmə qələbəsinə sevinən bütün insanlar fərəhliydi, qürurluydu. Prezident İlham Əliyev Zəfər Günü ilə əlaqədar Şuşada çıxışı zamanı qələbəmizlə, ölkəmizin bölgədə yaratadığı yeni reallıqlar və digər vacib məqamlarla bağlı fikirləri Azərbaycan ictimaiyyətində də böyük ruh yüksəkliyi, xüsusi məmnunluqla qarşılandı. Dövlət başçısının bu çıxışı Azərbaycan xalqının birliyini, dövlətimizin və ordumuzun gücünü Şuşadan bir daha dünyaya nümayiş etdirdi. İlk öncə Azərbaycanın Vətən Müharibəsindəki tarixi Zəfərini şərtləndirən amillərə nəzərə salmaq lazımdır. Vətən Müharibəsindəki Qələbəmizin təməlində Prezident İlham Əliyevin ölkəmizin milli maraqlarını qətiyyətlə qoruması, Azərbaycan xalqının öz dövlətinə və rəhbərinə olan sarsılmaz inamı, ordumuzun gücü və qüdrəti və ümumilikdə dəmir birlik dayanırdı. Amma açıq etiraf etmək lazımdır ki, birinci Qarabağ müharibəsi dövründə bu amillərin heç biri real deyildi. İlk növbədə ölkəyə rəhbərlik edən qüvvələr ayrı-arılıqda hərəsi bir xarici dairəyə xidmət edir, dövlətin və xalqın mənafeyini öz maraqlarına qurban verirdi. Elə bu səbələrdən də Prezident İlham Əliyevin dediyi kimi, müharibədə uğur qazanmaq, qələbə əldə etmək heç cür mümkün deyildi. AXC-Musavat hakimiyyəti ölkəni elə bir acınacaqlı duruma salmışdı ki, həmin illərdə nəinki cəbhədə hər hansı uğurdan söz açmaq, əksinə, Azərbaycanın var olması sual altında idi. Bu səbəblərdən biz 20 faiz torpaqlarımızı itirdik, xalqımız faciələrlə üzləşdi. Bu bir reallıqdır ki, ölkənin güclənməsi və qüdrətlənməsi, iqtisadi inkişaf, ordunun güclənməsi, beynəlxalq arenada nüfuz qazanması və bu kimi digər uğurlar qazanılması üçün ilk növbədə ölkəni idarə edən, hakimiyyətdə olan şəxslərin xalqın, milli maraqların müdafiəsini layiqincə yerinə yetirməsi vacib şərtdir. Necə ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən xalqın gücünə və ona olan inamına arxalanaraq Azərbaycanı xilas etdi, ölkəmiz hərtərəfli inkişaf mərhələsinə qədəm qoydu. Sonrakı illərdə bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin əsas prioriteti ölkəmizin və xalqımızın maraqlarını şərəflə qorumaq oldu. Bunun nəticəsi idi ki, həm siyasi, həm həbi müstəvidə güclənən dövlətimiz Qarabağ Zəfərini qazandı. Bu təkcə düşmən Ermnənistan üzərində deyil, onları dəstəkləyən əksər beynəlxalq dairələr üzərində qəbləbə idi. Qarabağ Zəfərinin miqyası bu baxımdan çox böyükdür. Digər tərəfdən Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan bölgədə tamamilə yeni reallıqlar yaradıb. İlk növbədə Ermənistan və onun havadarları bu reallıqlarla barışmalı, Azərbaycan dövlətinin səbrini sınamamalıdır.

Cənubi Qafqazda möhkəm, uzunmüddətli sülhün təmin edilməsinin yeganə yolu Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalanmasından keçir. Azərbaycan bunun üçün bütün imkanlardan istifadə edir. Prezident xüsusilə bildirdi ki, Ermənistan heç kimə güvənməsin. Çünki, əgər İrəvan hansısa ölkəyə güvənib revanşist siyasəti davam etdirərsə, qarşısında Azərbaycan ordsunun öldürücü gücünü görəcək. Ölkə başçısının çıxışındakı daha bir önəmi məqam erməni xalqına mesaj idi. Erməni xalqı ölkənin hərbi siyasi rəbhərliyindən fərqli olaraq real durumu yaxşı qiymətləndirməli, növbəti faciələrə sürüklənməməlidir. Bu halda sülh və firəvanlıq şəraitində yaşamaq, gələcəyə ümidlə baxmaq olar.

 

Anarə Mustafayeva

YAP Neftçala rayon təşkilatının fəal üzvü

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir