Loading

Prezidentliyin ilk ilindən etibarən, Ulu Öndər Heydər Əliyev siyasi xəttinin davamçısı  İlham Əliyev ölkəmizdə dayanıqlı inkişaf üçün əsaslı addımlar atmışdır. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin,  vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində  Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı.  Xalqının firavanlığını  düşünən Prezident İlham Əliyevin  ölkə iqtisadiyyatında, xüsusi ilə qeyri-neft sektorunun xüsusi çəkisinin artırılması ilə bağlı müyyənləşdirdiyi və həyata keçirdiyi  siyasət öz uğurlu nəticələrini verməkdədir. Ötən illər ərzində nəhəng infrastruktur layihələr  həyata keçirildi. Azərbaycanda nəqliyyat  sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi.  Azərbaycan dövlətinin lider Prezidenti İlham Əliyevin ən mühüm xidmətlərindən biri ölkənin bütün bölgələrinin tərəqqisinə səbəb olan regionların sosial-iqtisadi inkişafı konsepsiyasının  həyata keçirilməsidir.Dövlət başçımızın  rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionda ən güclü və suveren, yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrilib. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb.

Azərbaycan Prezidenti İlham Əliyevin  bütün iş fəaliyyətinin nəticələri Qarabağın  azadlığına istiqamətlənmiş yollar idi. Bu çətin yollarda ölkəmizin başçısı çox qətiyyətli olduğu üçün ,”geriyə yol yoxdur,ancaq irəli” devizi  ilə    nəinki Ermənistana,bütün dünyaya bir məsaj  olaraq ünvanlanmışdır ki,“Qarabağ Azərbaycandır!”.Artıq dünya bunu qəbul etməyə başlamışdır. 30 il  Qarabağsız keçən illər Azərbaycana səbrli olmağı,dözümlü olmağı,mübariz olmağı,döyüşə  hər zaman hazır olmağı və Vətən uğrunda müharibədə qələbə qazanmağı öyrətdi. Azərbaycan iqtisadiyyatı durmadan inkişaf edir,xalqın firavanlığı üçün dövlət planları həyata keçirilir. Azərbaycan xalqının öz Prezidentinə inamı, Prezidentini dəstəkləməsi, daxili quruculuq işlərində əlbir olması  xarici siyasətində uğurlara imza atmasına müvəffəq oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı  ərazi bütövlüyünə  qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Bu Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan  qətiyyətli addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması böyük Sərkərdə  Prezident İlham Əliyev siyasətinin şah əsəridir.  Müzəffər Ali Baş Komandan İlham Əliyev sayəsində Azərbaycan dövlətinin  qoyulan şərtlərə ədalətli yanaşması,beynəlxalq hüquqa əsaslanan və ümumi məqsədlərə xidmət edən prinsipial mövqeyi beynəlxalq  səviyyədə böyük önəm daşıyır. Postmüharibə dövründə Ermənistanla sülh sazişinin imzalanması və iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi Azərbaycanın gündəliyinin mərkəzində dayanır. Ermənistan sülhə doğru addım atmağı nə qədər ləngidərsə,ikiqat dövlətini nüfuzdan salmış olar.İmzalanmış bəyanatın şərtlərini pozaraq bir dövlət kimi süquta gedər.Həm Ermənistan,həm Azərbaycan  BMT Nizamnaməsinin məqsədlərinə uyğun olaraq  beynəlxalq prinsiplərə və tarixi sənədlərə istinad etməklə bir-birinin ərazi bütövliyini , suverenliyini tanımalı, sərhədlər delimitasiya  və demakrasiya edilməlidir.Cənubi Qafqazda etibarlı sülhün və təhlükəsizliyin təmin olunması Avropa İttifaqının maraq dairəsindədir. Bu istiqamətdə keçirilən görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyev Şarl Mişelin sülhyaratma prosesində iştirakına yüksək dəyər verir və bildirir ki, Brüsseldə  bir neçə dəfə keçirilən üçtərəfli görüşlər hər dəfə bizi sülhə daha da yaxınlaşdırır.Brüsseldə sonuncu dördtərəfli görüşdə fakitiki olaraq Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaq məcburiyyətində qaldı. Beləliklə,Fransa sülhməramlılarının Azərbaycan-Ermənistan sərhədlərinə yerləşdirilməsi niyyəti baş tutmadı. Görüşdə Azərbaycanın maraqları Prezident İlham Əliyev tərəfindən layiqincə qorundu. Ermənistan isə bu sərhəd missiyasına razılıq verməklə suveren dövlət olmadığını bir daha göstərdi. Azərbaycan  dəmiryumruqlu Prezidenti sayəsində heç bir ölkədən asılı olmayaraq  durmadan inkişaf edir,  daxili və xarici uğurları  sayəsində  öndə  gedən ölkələr sırasında pilləsini yüksəltməkdədir. Müzəffər Ali Baş Komandanımızı  ən çətin situasiyaların  bacarıqla  öhdəsindən gəldiyi  düşünülmüş   istiqamətlərdə  siyasi xətti  ölkə prezidentləri  sırasında sayılan, seçilən,öz  dəstxətti ilə  tanınan nüfuzlu Prezidentə çevirmişdir. Bizim  Ali Baş Komandanımız  xalqının xilaskarı,dövlətinin  qurucusudur.”Heç bir dövlətin torpağında gözümüz yoxdur.Öz torpağımızı da kimsəyə vermərik!,- qətiyyətlə söyləyən  Qalib Sərkərdə İlham Əliyev bütün dünyaya bəyan edir ki,itirilən torpaqlarımızı  geri  almağa Rəşadətli Ordumuz da var, gücümüz də var,potensialımız da var, möhkəm iradəli xalqımız da var. Sülh yolu ilə nail olunacaq qərarlara da imza atmağa hazırıq”.

Bir vaxtlar Ulu Öndər Heydər Əliyev demişdi: “Vaxt gələcək Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Artıq Azərbaycan dünyaya Günəş kimi doğmuşdur.

Elmira Tağıyeva,

YAP Neftçala rayon təşkilatının fəal üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir