Loading

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabr ayının 11-də Qırğız Respublikasına dövlət səfəri əlamətdar görüşlər və hadisələrlərə yadda qaldı. Dili, dini, kökü bir olan xalqlarımız arasındakı münasibətlərin tarixinə nəzər salsaq görərik ki, əlaqələrimizin qədimlərə söykənən möhkəm təməli, əsasları mövcuddur. Bu gün iki ölkə arasında olan münasibətlər daha da inkişaf etmiş, dosluq, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Əlbəttə ki, bu münasibətlərin bu səviyyəyə qalxmasında Ulu Öndər Heydər Əliyevin böyük şəxsiyyəti, dərin dövlətçilik təcrübəsi rol oynamışdır. Cənab Prezidentin Bişkekdə xüsusi coşqu ilə qarşılanması, Qırğız tərəfinin bu səfərə böyük əhəmiyyət verməsi təsadüfi deyildir. Hər bir dövlət öz xarici siyasətində xüsusi məqamlara, öz maraqlarına cavab verən hallara üstünlük verir. Azərbaycanın son illərdə artan nüfuzu, siyasi, iqtisadi baxımından yüksəliş, dövlətimizin əməkdaşlıqda etibarlı tərəfdaş imici qazanması əksər dövlətlərin ölkəmizlə əlaqələrin inkişafında maraqlı olduqlarını şərtləndirir. Cənab Prezidentin Qırğız Respublikasına səfəri bu ölkənin dövlətimizlə strateji tərəfdaşlıq ruhunda ikitərəfli və çoxtərəfli əməkdaşlıq üzrə aktual məsələlərə dair məzmunlu, qarşılıqlı maraq doğuran beynəlxalq və regional mövzular üzrə fikir mübadiləsi aparılmasına imkan vermişdir. Nəqliyyat-logistika, informasiya-komnukasiya texnologiyaları təhsil, turizm və idman sahələrində hələ çox işlər görülməli olduğu qənaətinə gələn Liderlər bu prosesin daha da sürətləndirilməsi qənaətinə gəlmişlər. Prezident Sadır Japarov xalqlarımız və ölkələrimiz arasında dostluq bağlarının möhkəmləndirilməsi işinə şəxsi töhvəsinə görə Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevə minnətdarlığını bildirmiş, Azərbaycan xalqının rifahı naminə ali məqsədlərə çatmaqda böyük uğurlar və tükənməz enerji, bütün qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzulamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki ölkə arasında münasibətlərin səviyyəsini yüksək qiymətləndirmiş, birgə Qırğızıstan- Azərbaycan İnkişaf Fondunun yaradılmasını əhəmiyyətli qərar adlandırmışdır. Qeyd edək ki, bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcəkdir. Azərbaycan xalqı olaraq daim ölkəmizin haqq işini dəstəkləyən Qırğız Respublikası və ounun xalqı ilə dostluq və əməkdaşlıqdan qürur duyuruq!

Əzizə Bəxşəliyeva;

Neftçala rayon sakini, mədəniyyət işçisi

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir