Loading

Azərbaycanla Avropa arasında siyasi, iqtisadi, mədəni və elmi əlaqələr uzun illərdir davam edir. Avropa ilə əməkdaşlıq, ona inteqrasiya Azərbaycan dövlətinin təməl prinsiplərindəndir. Bu baxımdan, Azərbaycanla Avropa ölkələri arasında iqtisadi, ticari, mədəni, siyasi və sosial əlaqələr davam etməkdədir. Azərbaycan müstəqilliyini bərpa elan etdiyi vaxtdan bəri bir sıra sahələrdə, xüsusilə enerjidaşıyıcları məsələsində müxtəlif ölkələrlə əməkdaşlığını genişləndirir.

Cənab Prezident İlham Əliyev 9 mart tarixində “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda çıxışında önəmli məsələlərə toxunaraq ölkəmizin beynəlxalq aləmdə böyük nüfuza malik olduğunu bir daha sübut etdi.

Prezident İlham Əliyev X Qlobal Bakı Forumunda vurğuladı ki, ötən ilin iyunundan etibarən enerji təhlükəsizliyi məsələlərində xeyli hadisələr baş verib. Bakıda Avropa Komissiyasının sədri xanım Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycan və Avropa Komissiyası Enerji Sahəsində Anlaşma Memorandumu imzalayıblar. Bu əsasda Azərbaycan Avropaya öz təbii qaz təchizatını və ümumi qaz ixracını xeyli artırıb. Əgər ölkəmiz 2019-cu ildə ümumən 19 milyard kubmetr qaz ixrac etmişdisə, bu il göstərici 24 milyard kubmetrdən artıq olacaq və onun ən azı yarısı Avropaya nəql ediləcək.

Ölkə başçısı bildirdi ki, Cənub Qaz Dəhlizi istismara verildikdən sonra Azərbaycan qaz yataqlarına sərmayələri artırıb. Avropada artan tələbatla əlaqədar Cənub Qaz Dəhlizinə daxil olan TANAP və TAP seqmentlərinin genişləndirilməsi gündəlikdə dayanan məsələdir. Belə ki, TANAP-ın 16 milyard kubmetrdən 32, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər  genişləndirilməsi nəzərdə tutulub. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra qaz təchizatı və ya onun artırılması ilə bağlı Azərbaycan 10-dan artıq Avropa ölkəsindən müraciət alıb və bu müraciətlər əsasında işlər aparılır. Həmçinin Azərbaycan neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsullarını beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixrac edir. Bu gün Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır.

Nazilə Pirəliyeva,

YAP Neftçala rayon təşkilatı

Ərazi Partiya təşkilatının sədr müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir