Loading

Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Azərbaycan xalqının göstərdiyi dəstək həm də iki xalqı bir-birinə bağlayan tellərin kifayət qədər möhkəm olduğuna dair dünyaya önəmli mesaj verir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar 8 fevral 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı 13 ədəd xüsusi təyinatlı nəqliyyatı vasitəsilə qardaş ölkəyə yola salınıb. Humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim dəsti, 20000 cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5000 ədəd iplik dəsmal və digər ləvazimatlar daxildir. Eyni zamanda xalqda yardım kampaniyası başladıb və hər kəs dəstək göstərir. Bütün bölgələrimizdən yardım karvanı qardaş Türkiyəyə yola salınıb. Prezident İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı 8 fevral tarixdən etibarən Kahramanmaraşda fəaliyyətə başlamışdır. Qeyri-sabit, qarlı-yağışlı hava şəraitinə baxmayaraq Azərbaycanın müxtəlif şəhər və rayonlarında yaşayan sakinlər zərərçəkənlərə yardım aksiyasına fəal şəkildə qoşulmuşdur. Ölkəmizin bir çox təhsil müəssisələrində zəlzələdən zərərçəkənlərə humanitar yardım göstərmək məqsədilə yardım kampaniyaları təşkil olunmuşdur. Göründüyü kimi Türkiyədə baş vermiş zəlzələnin ağır nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycanın göstərdiyi geniş və hərtərəfli dəstək bu gün də davam etməkdədir. Bu həmrəylik ölkələrimizin və xalqlarımızın qırılmaz tellərlə bir-birinə bağlı olduğunu göstərməklə Türkiyə və Azərbaycanın bundan sonra da hər zaman birlikdə olacağını sübut edir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri xilasetmə əməliyyatlarını davam etdirirlər.

Məhəmməd Abuşov ,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir