Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Prezident mükafatçısı Xəlilli Əliqənbər ilə görüşüb. Görüşdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bu gün Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, gənclər siyasətinin inkişaf istiqamətindəki mövcud ənənələr əsasında daha da təkmilləşdirilməsindən və gənclər üçün yaradılan şəraitdən danışılıb. Rayon İcra Hakimiyyətinin başçısı Prezident mükafatçısı adına layiq görülməsi münasibətilə Xəlilli Əliqənbəri təbrik edib və ona gələcək işlərində uğurlar arzulayıb.
Prezident mükafatçısı ona göstərilən bu diqqətə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyeva təşəkkürünü bildirib, ona göstərilən etimadı doğruldacağını və özünün elmi fəaliyyəti ilə ölkəmizə töhfə verəcəyini bildirib.

Görüş qarşılıqlı olaraq gələcək planların müzakirəsi ilə davam edib.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 fevral 2022-ci il Sərəncamına əsasən elm və təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən gənclər 2022-ci il Gənclərdən günü ilə əlaqədar Prezident mükafatları verilib. Mükafatlanan gənclərdən biridə Neftçala rayonu Xıllı qəsəbə sakini Xəlilli Əliqənbər Yadigar oğlu olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir