Laçın rayonunda cüyür kəsərək kabab edib yeyən şəxslər saxlanılıb.

BizimNeftcala.info xəbər verir ki, DİN Mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, videogörüntülərdə cüyür doğradıqları əks olunan Laçın rayon sakinləri olan Aqil Xurşudov və Vüqar Atakişiyev Laçın rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılaraq izahatları alınıb.

Onlar izahatlarında bildirib ki, qanunauyğun olaraq məşğul olduqları arıçılıq təsərrüfatlarını Laçına köçürmələrinə icazə verilib.

Onlar bu icazə əsasında Laçına gediblər və təsərrüfatı orada yerləşdirdikdən sonra geri qayıdarkən güclü yağışa düşüblər. Bu zaman avtomobillə hərəkət etmək mümkünsüz olduğu üçün çayı piyada keçərkən selin gətirdiyi və daşlara dəyərək hər iki ayağı sınan cüyür görüblər. Bundan sonra cüyürü kəsərək bişiriblər.

Onların izahatlarının həqiqliyinin yoxlanılması istiqamətində Laçın RPŞ-də araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir