Loading

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10. 03. 2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış etmiş, ölkədə baş verən ictimai-siyasi hadisələr barədə məlumat vermiş, bir çox məsələlərə aydınlıq gətirmişdir. Qeyd edilmişdir ki, sistemli islahatların davamı olaraq növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi.Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılmaqla, Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq və bu sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıdığı üçün kadr islahatları da aparılır. Azərbaycanda çoxpartiyalı demokratik siyasi sistemin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə geniş imkanların yaradılması, dövlət və özəl qurumların fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin olunması, ictimai və sosial xidmətlər sahəsində institusional islahatların reallaşdırılması ilə yeni və ciddi keyfiyyət dəyişikliyinə nail olunması, həyata keçirilən kadr islahatları müasir mərhələdə Azərbaycanda praqmatik, düşünülmüş siyasi kursun reallaşdırılmasını təsdiq edir. Hökumət və parlament üzvləri xalqla daha sıx təmasda olmalıdırlar. Bununla da, hökumət üzvlərinin məsuliyyəti, həm parlamentin rolu artacaq. Parlamentin fəaliyyətində məsuliyyət və şəffaflıq amili hökm sürməlidir. İqtisadi sahədə görülən işlərlə bağlı Milli Məclisin rolu artmalı, hazırlanan qanunlar dəyişən reallıqlara adekvat olmalıdır. Sahələrin inkişafına xidmət edən peşəkar qanunvericilik təşəbbüsü öndə olmalı, xalqa xidmət etməlidir. Eyni zamanda qanunvericilikdə dünyəvilik prinsipinə əsaslanmalıdır. Radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır.Aparılan islahatların bir istiqaməti və vəzifəsi vardır: xalqımızın rifahının yüksəldilməsi, ölkəmizin dünya dövlətləri içərisində öz layiqli yerini qoruyub saxlamaq və inkişaf etdirmək.

Pərviz Hacıyev,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir