Neftçalada kənd təsərrüfatının aparıcı sahələrindən olan maldarlıqda uğurlu nəticələr qazanılıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumat görə, ötən il ət istehsalı 12704,9 ton təşkil edib. Quş əti 8095,5 ton, süd istehsalı 31696,1 ton, yumurta istehsalı 19103 min ədəd, yun istehsalı 288 ton olub.
Yanvarın 1-dək iribuynuzlu mal-qaranın baş sayı 43440 başa çatıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz çox deməkdir. O cümlədən inək və camışların baş sayı 22000 baş olmaqla, keçən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz çox, qoyun və keçilərin baş sayı 148441 baş olmaqla, 7,3 faiz çox olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.