Loading

Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda çıxışında bildirib-“Biz İran yük maşınlarının, dövri olaraq, Qarabağa hərəkət etdiyini ifşa etdik. Bu, tamamilə qanunsuz idi, çünki İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu cür işlərlə məşğul olmalı deyildi”. Azərbaycan tərəfi çoxlu sayda İran yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçdiyi barədə məlumatlar əldə eləmişdi. Azərbaycanın İranla münasibətlərinə toxunan dövlət başçısı deyib ki, münasibətlər hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədədir və onların həmin səviyyədə qalacağı, yoxsa daha aşağı düşəcəyi və ya qalxacağı barədə əvvəlcədən bir şey söyləmək çox çətindir.İrandan Qarabağa qeyri-qanuni malların köçürülməsi Azərbaycanın müasir video müşahidə sistemlərinə malik olduğu barədə dəfələrlə etdiyi xəbərdarlıqlara rəğmən, davamlı həyata keçirilir. Və əgər bütün bunlar dinc dövrdə, gözümüzün qarşısında baş verərsə, görün indi iranlılar 2-ci Qarabağ müharibəsi zamanı və torpaqlarımızın təxminən 30 illik işğalı zamanı hansı oyunlardan çıxıblar.

Yusif Quliyev,

YAP Neftçala rayon təşkilatı

ərazi partiya təşkilatının sədr müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir