BizimNeftcala.info xəbər verir ki, Vətən müharibəsi zamanı xüsusi şücaətlər göstərərək şəhidlik zirvəsinə ucalmış Camal İsmayılovun oğlu dünyaya gəlib.

Ailəsinin bildirdiyinə görə Camal İsmayılov elə sağlığında övladına Alparslan adını verib.

Qeyd edək ki, Neftçala rayonu , Həsənabad qəsəbəsində anadan olmuş şəhidimiz Camal İsmayılov igidliklərinə görə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüşdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir