Cari ilin 3 may tarixində Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda çıxış edib. Dövlət başçısı bildirib ki, Xəzər dənizi razılaşması üzərində digər Xəzəryanı dövlətlərlə razılığa gəldik. Bu isə asan deyildi. Ölkələr arasında razılığa gəlmək üçün təxminən 30 il vaxt tələb olundu. Bir çox razılaşma olmayan məqamlar var idi. Yekun nəticədə Aktauda, Qazaxıstanda saziş imzalandı.Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsi hesab olunur. Xəzər dənizinin strateji önəmini artıran amillər onun zəngin karbohidrogen ehtiyatlarına malik olmasıdlr. Təsadüfi deyil ki, uzun illərdir 5 Xəzəryanı dövlət – Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiya dənizin hüquqi statusunu müəyyən edə bilmirlər. Əsas mübahisə dənizin milli sektorlara bölünmə prinsipinin razılaşdırılmamasıdır.Xəzərin sahilyanı dövlətlər arasında ortaq istifadəsi ilə bağlı müzakirələr hələ 18-ci əsrdən başlayıb. Çox uzun müddət Xəzər Rusiya Çarlığı ilə Persiya İmperiyasının, daha sonra da SSRİ ilə İranın ortaq istifadə etdiyi su hövzəsi olub. SSRİ dağıldıqdan sonra isə bölgü artdığından, yəni SSRİ-nin tərkibində olan Azərbaycan, Türkmənistan və Qazaxıstan müstəqil olduğundan Xəzərin hüquqi statusu barədə yeni sənəd imzalanması tələbi yaranıb. Sənədin imzanlanmasını isə ləngidən İran İslam Respublikası və Türkmənistanın bölünmə ilə bağlı bəzi tələbləri olub.Xəzəryanı dövlətlərlə arasında razılığa gəlmək üçün təxminən 30 il vaxt tələb olundu.Yekun nəticədə Aktauda, Qazaxıstanda saziş imzalandı.
Fuad Əliyev,
YAP Neftçala rayon təşkilatı
ərazi partiya təşkilatının sədr müavini