Loading

Ulu Öndər istər sovetlər dövründə, istərsə də müstəqillik illərində Gürcüstanla münasibətlərə xüsusi diqqət yetirib. “Məhz Ümummilli Liderin rəhbərliyi və təşəbbüsü ilə buradakı soydaşlarımızın sosial rifah halının yaxşılaşması istiqamətində mühüm addımlar atılıb. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Gürcüstan ərazisindən keçməsi də Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir”

Bu gün Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.

Konfransda çıxış edən dövlət başçısı bildirib ki, Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var. İndi Şuşa sıfırdan yenidən qurulur.
Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə Sovet Azərbaycanının rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı.
Ötən il “Şuşa İli” elan edilmişdir, çünki bu şəhərin Qarabağ xanı Pənahəli xan tərəfindən yaradılmasının 270-ci il dönümü idi. Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur. Yalnız işğal dövründə iyirmi səkkiz ildən artıq müddət ərzində Şuşa əcnəbi hökmranlıq altında idi. Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmamışdır.

Prezident İlham Əliyev sualları cavablandırarkən bildirib ki,  hazırda Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun uzadılmasına əlavə vəsaitlər ayırır. Gürcüstan ərazisində ötürmə qabiliyyətinin 5 milyon tona qədər artırılmasına biz təxminən 140 milyon dollar ayırdıq. Ümid edirik, bu gündən etibarən maksimum bir il ərzində biz buna nail olacağıq. Eyni zamanda, biz Gürcüstanın mövcud və planlaşdırılan dəniz limanlarının potensialı baxımından gələcək əməkdaşlığı fəal şəkildə qiymətləndiririk. Mən müəyyən nəticələrin əldə edilməsini qabaqlamaq istəməzdim. Biz böyük potensialı ciddi şəkildə görürük və qiymətləndiririk, çünki Orta Dəhlizlə Xəzər vasitəsilə Gürcüstanın dəniz limanlarına, sonra isə Türkiyəyə böyük yük axınını öncədən görə bilirik. Reallıq belədir.

Qara dənizin dibi ilə kabelə gəldikdə, bilirsiniz ki, layihənin texniki-iqtisadi əsaslandırılması bir müddət əvvəl başlayıb. Bununla belə, biz dörd ölkədən ibarət daha geniş format yaratmışıq – Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya. Həmin layihənin Məşvərət Şurasının ilk iclası fevralda Bakıda, ikinci toplantısı isə bu yaxınlarda – ötən ay Tbilisidə keçirilib. Biz bu layihəyə daha böyük perspektivdən baxırıq və onu sadəcə “Qara dəniz kabeli” kimi deyil, Xəzərdəki külək enerjisi stansiyalarından Avropaya enerjini ötürən vasitə kimi qəbul edirik. Həmin layihə bütövdür və Cənub Qaz Dəhlizindən fərqlənir, çünki Dəhliz bir-biri ilə bağlı üç müstəqil boru kəmərindən ibarət olan hissəli layihədir. İndi isə biz mənbədən ümumiləşdirilmiş layihələrə keçmək istəyirik və bu halda mənbə, həmçinin Gürcüstanda olacaq və oradan yekun istiqamətlərə gedəcək. Bu cür rəsmi əməkdaşlığı başladıqdan sonra biz Avropanın layihəyə qoşulmaq istəyən bir sıra digər ölkələrindən bəzi mesajlar almağa başladıq. Beləliklə, düşünürəm ki, layihə qlobal xarakter ala bilər.

Neft və qaz sahəsində işləyirik, indi isə elektrik enerjisini ötürək və onun kabelini çəkək. Niyə də yox? Avropa İttifaqı bunu qəti şəkildə dəstəkləyir və həmin dəstək nikbinliyimizi artırır. Çünki Avropa Komissiyasının sədri xanım Ursula Fon der Lyayen ötən ilin dekabrında Buxarestdə imzalanma mərasiminin şahidi oldu. Bir sözlə, onun iştirakı Avropa İttifaqının layihədə ciddi şəkildə iştirak edəcəyindən xəbər verir. Bu, ola bilsin, gələn onilliklərin layihəsidir, çünki istər hidro, istər külək enerjisi sahəsində həm Gürcüstanda, həm də Azərbaycanda, o cümlədən Qarabağda böyük potensial var. Artıq dediyim kimi, biz 25 qiqavat enerjini istehsal etmək məqsədilə bərpa edilən enerji sahəsində məşhur olan bir neçə əsas beynəlxalq şirkətlə müqavilə və anlaşma memorandumları imzalamışıq. Onun təxminən 500 meqavatı üçün artıq tikinti işləri gedir. 230 meqavatlıq güclərin açılışını biz bir neçə ay ərzində planlaşdırırıq. 700 meqavatdan artıq günəş və külək enerjisini biz ola bilsin, maksimum 2025-ci ilə qədər təmin edəcəyik. Qalan güclərin yaradılması plandadır. Bir sözlə, gələcəyimizin böyük üfüqləri var və biz hər zaman bir yerdə olmalıyıq.

Nəriman Mecidov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir