Loading

Ümummilli lider Heydər Əliyevin xalqın təkidilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Məhz həmin dövrdən başlayaraq, Azərbaycanın idman ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət aldı. Qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində idmançılarımızın uğurları artmağa başladı və Azərbaycan tədricən güclü idman ölkələrinin sırasına daxil olmağı bacardı.

“Azad edilmiş bütün digər şəhərlərdə idman obyektlərinin yaradılması planlarımızdadır. Əlbəttə, biz, ilk növbədə, keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarmalıyıq və bu istiqamətdə işlər gedir. İlk növbədə, məktəblər, xəstəxanalar, infrastruktur yaradılmalıdır. Ancaq idman obyektləri də əlbəttə ki, yaddan çıxmır və çıxmayacaq”. Bu fikirləri Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev deyib.

 Azərbaycanda idmana diqqət həddindən artıq böyükdür. Faktiki olaraq bütün idman növləri ilə bağlı Azərbaycanda müəyyən tədbirlər keçirilir. Beynəlxalq turnirlər təşkil edilir. Bu cür yarışların keçirilməsi ilk növbədə ölkəmizin imici baxımından müsbət hadisədir. Azərbaycan bu idman yarışları ilə beynəlxalq aləmdə təbliğ olunur, tanıdılır. Idmançılarımız əldə etdikləri uğurla bayrağımızın yüksəlməsini, himnimizin səslənməsini təmin edirlər.Azərbaycanın idman sahəsində uğurlarının ilbəil artması həm ölkəmizin tanınmasına, nüfuzunun artmasına töhfəsini verməkdədir, həm də gənc nəslin idmana olan marağının artması baxımından mühüm əhəmiyyət kəsb edir.

Çıxışının sonunda “Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir”,-deyən möhtərəm Prezident İlham Əliyev böyük qürur hissi ilə vurğuladı ki, elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında, həm də döyüş meydanlarında bayrağımızı ucaldır. Bu reallıqlar fonunda, bizim hər birimizin üzərinə düşən ali bir vəzifə vardır. Bu vəzifənin mahiyyətini də cənab Prezident açıqladı: ”Bizim hər birimiz də öz sahəmizdə, öz fəaliyyətimizdə bu müqəddəs Zəfərə layiq olmalıyıq.”

Bu, zamanın çağırışıdır.

 

Araz Əhmədov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir