Neftçala rayonunda məktəblilər arasında “Ulu Öndər və gəncliyimİZ” adlı intelektual oyunun finalı keçirilib. Final mərhələsində 5 komanda iştirak edib və final mərhələsindən sonra qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri və qazilər iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu və əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İlk öncə Ulu Öndər Heydər Əliyevin Neftçala rayonuna gəlişini, ömür və fəaliyytini əks etdirən sərigiyə baxış keçirilib və film izlənilib.

Tədbirdə çıxış edən RİH-nin, GİK-nin, Heydər Əliyev Mərkəzinin və YAP-nın məsul şəxsləri Ulu Öndər Heydər Əliyevin həyat fəaliyyətindən, ömür yolundan və Ümumilli Liderin siyasi arenadakı rolundan danışıblar. Ulu Öndərin Neftçala rayonuna 30 may 1979-cu ildə səfəri zamanı görüşən pambıqçı qadınlar Heydər Əliyev ilə görüşdən xatirələrini bölüşüblər və həmin xoş xatirələri bir daha yada salıblar.

Çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyət, görkəmli siyasətçi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmasından, xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlər göstərməsindən, Azərbaycana rəhbərlik etdiyi dövrlərdən və Azərbaycan xalqının xilaskarı olmasından, Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra əldə etdiyimiz uğurlardan danışan Rayon İcra Hakimiyyətinin başçısı bu siyasi kursun davamı olaraq Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla aparıldığını diqqətə çatdırıb və Prezident İlham Əliyevin uğurlu siyasətinin, xalq iqtidar birliyinin, Azərbaycan ordusunun gücü ilə 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən danışıb.

“Ulu Öndər və gəncliyimİZ” adlı intelektual oyunun final mərhələsinin qalibləri mükafatlandırılıb, Fəxri Fərmanlar və qiymətli hədiyyələr ilə təltif olunublar.

Tədbir məktəblilərin hazırladıqları kompazisiyilar ilə davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir