Loading

Azərbaycan 44 günlük Vətən Müharibəsinin sonunda imzalanmış 10 noyabr bəyanatının bütün tələblərinə riayət etməklə qəbul edilmiş Üçtərəfli anlaşmaya hörmətlə yanaşmaqdadır.Çox təssüflər olsun ki, Ermənistan hələ də 10 noyabr sazişində öz əksini tapmış bir çox məsələlərin həllinə imza atmamaqla iki dövlət arasında imzalanacaq sülh sazişini yubatmaqda maraqlıdır. Ölkə  başçısı cənab İlham Əliyev keçirilən bütün beynəlxalq əhəmiyyətli görüşlərdə hər zaman regionda əbədi sülhün təmin olunmasında  maraqlı olduğunu vurğulayır və birmənalı şəkildə bəyan edir ki, bu gün Qarabağ adlı bir münaqişə və ya problem yoxdur. Keçirilən sonuncu, Soçi görüşündə də cənab İlham Əliyev bu fikrinin üstündə təkrar dayanaraq bildirdi ki, “Dağlıq Qarabağ” problemi artıq 2 ildir öz həllini tapıb və geridə qalmış bir problem olaraq tarixə çevrilib. Keçirilən üçtərəfli görüşlər zamanı Rusiya prezidenti Vladimir Putin də  cənab İlham Əliyevin fikirlərinə dəstək verərək artıq hər iki dövlət arasında sülh sazişinin imzalanmasının vaxtının çatdığını qeyd etmiş və imzalanacaq sülh sazişinin regionda təhlükəsizliyin təminatı məsələlərini həll etməklə yanaşı hər iki dövlət arasında iqtisadi, ticari əlaqələrin möhkəmlənməsinə şərait yaradacağına əmin olduğunu bir daha bildirmişdir.Ermənistanın baş naziri Nikol Paşinyan Soçi görüşü zamanı bir daha bəyan etmişdir ki, Ermənistan istənilən vaxt Azərbaycanla regional kommunikasiyaları açmağa hazırdır və Rusiyanın hər iki dövlət arasında mövcud vəziyyəti normallaşdırmaq üçün təklif etdiyi sülh sazişini imzalamağa hazırdır. Soçi görüşünün keçirilməsinin əsas məqsədlərindən biri  Vətən Müharibəsindən sonra hər üç dövlətin üzərlərinə götüdükləri öhdəliklərin yerinə yetirilməsini təmin etmək və bu sahədə mövcud anlaşılmazlıqların ən yüksək siyasi formatda müzakirə edilməsi idi. Ölkə başçımız Soçi görüşü zamanı Rusiya prezidenti Vladimir Putinə çoxillik münaqişənin həllində göstərdiyi əvəzsiz xidmətlərinə görə öz təşəkkürünü bildirmişdir. Cənab İlham Əliyev nitqində  bildirmişdir ki, Azərbaycan Ermənistanla münasibətlərini normallaşdırmaqdan ötrü qarşı tərəfə 5 əsas prinsip irəli sürüb. Azərbaycan tərəfindən irəli sürülər prinsiplərin bütün bəndləri beynəlxalq hüququn normalarına tam cavab verir. Bu gün Ermənistanın üzərinə götürdüyü üçtərəfli sazişin tələblərini yerinə yetirməkdən savayı heç bir alternativ yolu yoxdur. Alternativ yol hərbi yoldur ki, buna da Ermənistanın nə maddi, nə texniki təchizat, nə də ki, insan potensialı imkan verir. Yəni hərb yolunu seçmək Ermənistan tərəfi üçün ağılsızlıq olmaqla paralel Ermənistanın bir dövlət olaraq konkret məhv olmasını şərtləndirən amil olar.

 

Oqtay Əhmədov;

Neftçala rayon ziyalısı, həkim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir