Loading

44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini, “məğlubedilməz ordu” mifini darmadağın etdi. Müzəffər Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan qurtardı. Bu müddət ərzində ümumilikdə, 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad edildi. Noyabrın 8-də isə 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Azərbaycan Ordusu qarşıya qoyulmuş missiyanın öhdəsindən layiqincə gəldi. Şuşa azad edildikdən dərhal sonra – noyabrın 9-da Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edildiyi barədə Ölkə ictimaiyyətini məlumatlandırdı. Şuşanın işğaldan azad edilməsi Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı.10 Noyabr Üçtərəfli Bəyanatın imzalanması əminliklə deyə bilərik ki, Azərbaycanın ümumxalq birliyinin təntənəsidir. Bəli Zəfər yürüşündə milliyətindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandanın ətrafında “Dəmir Yumruq” kimi birləşdi. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri mərdlik, cəsarət göstərərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu bir daha göstərdi ki, həmrəylik bizim böyük sərvətimizdir. Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində imzalanan Bəyanat əlbəttə ki, Ölkəmizin tam maraqlarına uyğun hazırlanmışdı. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində çıxılmaz vəziyyətə düşən Ermənistan işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmağa məcbur oldu. Qarabağ ərazisi də digər rayonlarımız kimi Azərbaycanın tərkibindədir. Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Dövlət Sərhəd Xidmətinin əsgərləri Azərbaycanın bütün sərhədlərində olduğu kimi, işğaldan təmizlənmiş bütün ərazilərimizdə Vətənin keşiyini çəkir. Qeyd edək ki, döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu. Müharibə və ondan sonrakı dövrlərdə qardaş Dövlət Türkiyə Azərbaycanın yanında oldu. Əlbəttə ki, siyasi, mənəvi dəstəyini azərbaycandan əsirgəməyən can Türkiyəmizin bu münasibəti bizlərə əlavə güc verdi. Bizləri Zəfər yürüşümüzü sona qədər aparmağımıza imkan verdi. Qardaş Türkiyənin Azərbaycana açıq siyasi dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Üçtərəfli Bəyanatın beşinci bəndinə əsasən münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılıb ki, burada Rusiya ilə yanaşı Türkiyə hərbçilərinin də fəaliyyət göstərməsi qardaş Ölkənin yanımızda bu məsələdə də yanımızda olmasına işarədir. Beləliklə Türkiyə dövləti rəsmi şəkildə bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində mühüm rol oynayacaqdır.10 noyabr Bəyanatı həm də bölgədə dondurulmuş nəqliyyat dəhlizlərinin açılmasını ehtiva edir.  Əlbəttə ki, son iki ildə baş verənlər Prezident İlham Əliyevin nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi.

 

Ülvi Nəhmədzadə,

YAP Neftçala rayon təşkilatı

Qaçaqkənd kənd ərazi partiya təşkilatının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir