Loading

İkinci Qarabağ Müharibəsi Ermənistanın 30 ilə yaxın sürən işğalına son qoyaraq Cənubi Qafqazda yeni siyasi və iqtisadi vəziyyətin formalaşmasına səbəb olmuşdur.44 günlük Vətən Müharibəsinin bitməsinə səbəb olan 10 Noyabr üçtərəfli bəyanatı özündə təkcə hərbi əməliyyatların dayandırılmasını deyil, eyni zamanda regionda münaqişəyə görə uzun illər dayandırılmış olan iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını da nəzərdə tutur. Bu isə regionda iqtisadi əlaqələrin xarakerinin dəyişməsinə və iqtisadi əməkdaşlıq imkanlarının artmasına səbəb olacaqdır. Hazırda Azərbaycan təkcə Qafqaza deyil, həm də Yaxın və Orta Şərq regionuna təsir edən ciddi bir amilə də çevrilmişdir. Mövcud reallıqlar fonunda  Azərbaycan milli maraqlarını qorumaqla yanaşı, qarşıdurmaya yox, əməkdaşlığa təkan verəcək istənilən addımı dəstəkləməklə və təşviq etməklə fərqlənir.

Oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb.Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər. Prezident İlham Əliyev tədbirdə çıxış edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında bildirmişdi ki,“Eyni zamanda, ümid edirik ki, sərhədlərin delimitasiyası üzrə iki müvafiq komissiya – Azərbaycan və Ermənistan komissiyaları da vaxt itirməyəcək və iki ölkə arasında faktiki mövcud olmayan sərhədin müəyyənləşdirilməsi üzərində fəal işləyəcəklər. Demək olar ki, 30 ilə yaxın davam edən işğal illəri ərzində bu sərhəd tamamilə Ermənistanın nəzarəti altında olub. İşğal bitdikdən sonra biz sərhəd hesab etdiyimiz bu sərhədə gəldik və burada qərarlaşdıq.Ona görə də 400 kilometrdən çox olan bu sərhədi müəyyənləşdirmək üçün tarixi sənədlərə, tarixi xəritələrə, beynəlxalq təcrübə və metodologiyaya əsaslanaraq fəal şəkildə işləməliyik. Beləliklə, bu proses artıq gedir. Ancaq yenə də deyirəm, bunun nə qədər uğurlu olacağını demək çətindir”.

Pərviz Cavadov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir