Neftçala rayonunda Ağsaqqallar şurasının illik hesabat yığıncağı keçirilib. Tədbirdə Neftçala RİH başçısı Mirhəsən Seyidov, Ağsaqqalar Şurasının sədr müavini Elmira Süleymanova, RİH-nin məsul şəxsləri, rayon ağsaqqalları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.

Bizimneftcala.info xəbər verir ki, Tədbir iştirakçıları Neftçala şəhərində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini, Şəhidlər Abidə Kompleksini ziyarət edib önünə gül dəstələri düzüblər və ruhlarına dualar oxuyublar.

İlk öncə Azərbaycan Respublikasının dövlət himni səslənib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

 

Tədbirdə çıxış edənlər ölkəmizdə, xüsusilə də işğaldan azad olunan torpaqlarımızda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük quruculuq işlərindən bəhs ediblər və bu gün həmin torpaqlarda yenidən qurma işləri aparılır. Aparılan işlərə sərmayə qoyuluşunun 80-90 faizini Azərbaycan öz hesabına həyata keçirir ki, bu da bir daha dövlətimizin malik olduğu iqtisadi qüdrəti göstərir. Bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirus pandemiyasının olduğu zaman bu xəstəliklə mübarizədə aparılan maarifləndirmə işlərində ağsaqqalların da üzərinə müəyyən vəzifələrin düşdüyünü bildiriblər və qeyd olunub ki, rayon ərazisində ağsaqqallarımız əhali ilə, xüsusilə də gənclərlə daha intensiv işlər aparılır, onların zərərli vərdişlərə aludəçiliyinin və digər neqativ halların qarşısının alınmağında yaxından iştirak edirlər.

 

Tədbirdə çıxış edən Ağsaqqallar Şurasının sədr müavini Elmira Süleymanova gənclərlə aparılan işlərin daha da artırılmasından danışaraq, bu sahədə, əsasən də rayon ərazisində hərtərəfli maarifləndirici fəaliyyətin həyata keçirilməsinin vacibliyini qeyd edib və vurğulayıb ki, biz ağsaqqallar ölkəmizin ictimai-siyasi həyatında dahada yaxından iştirak etməli, gənc nəslin milli-mənəvi dəyərlərimizə və doğma Vətənimizə hörmət ruhunda formalaşdırılması işinə əlimizdən gələn köməkliyi göstərməliyik, çünki gənclər bizim gələcəyimizdir. Ölkəmizdə Prezident cənab İlham Əliyev tərəfindən aparılan geniş miqyaslı quruculuq abadlıq işlərindən, vətəndaşların rifa halının yaxşılaşdırılması üçün atılan məqsəd yönlü addımlardan danışıb.

 

Neftçala RİH başçısı Mirhəsən Seyidov çıxış edərək bildirdiki, rayonda daim ağsaqqallarla görüşlər keçirilir, onların istək və təklifləri dinlənilir, rayonun inkişafında, mədəni-ictimai həyatında, gənc nəslin formalaşmasında ağsaqqallar hər zaman xüsusi rol oynayırlar. Ulu Öndər Heydər Əliyev ağsaqqallara həmişə böyük qayğı və diqqət göstərib, onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırıb. Bu qayğı və diqqət hal-hazırda da Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və tərəqqisi naminə aparılan işlərdə ağsaqqalların rolu əvəzsizdir. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı azad etdi və bu şanlı Qələbədə rayonumuzun vətənpərvər gənclərinin də böyük payı oldu. Qəhrəman övladlarımız şəhid oldu, yaralı qazilərimiz doğma el-obaya qalib döyüşçülər kimi qayıtdılar. Bu Qələbədə ağsaqqallarımızın mənəvi dəstəyi, öyüd-nəsihətləri də böyük yer alırdı. Prezident cənab İlham Əliyev və Birinci Vitse Prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrini və qazilərimizi diqqətdə saxlayır və onların məişət problemlərinin, digər qayğılarının yaxşılaşdırılması üçün tapşırıqlar veriblər.

Sonda Ağsaqqallar şurasının üzvləri ilə xatirə şəkili çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir