Loading

Prezident İlham Əliyev 3 may tarixində Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışı edib. O, vurğulayıb ki, cari il Ulu Öndərin yüzillik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev İli” elan edilib. İl ərzində müstəqil Azərbaycanın qurucusunun xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, daxili siyasətimizin vacib məsələlərinə, regional inkişaf proseslərinə və beynəlxalq məsələlərə toxunaraq Azərbaycanda və xaricdə çoxsaylı tədbirlər, konfranslar təşkil olunur.

Azərbaycan regionda yeni geosiyasi situasiya formalaşdırdı. Azərbaycanın tarixi ədaləti bərpa etməsi regionda yeni əməkdaşlıq və təhlükəsizlik platformalarının formalaşmasını, yeni işbirliyi formatı və mexanizmlərinin yaranmasını şərtləndirən strateji faktora çevriləcək. Dolayısıyla, bu, regional və beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə, əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək. Təbii ki, Azərbaycanın liderliyi və aparıcı mövqeyi ilə gerçəkləşdiriləcək yeni əməkdaşlıq platformaları Cənubi Qafqazın Avrasiyanın əsas nöqtələrindən birinə çevrilməsinə səbəb olacaq. Azərbaycanın beynəlxalq münasibətlər sisteminin nüfuz və güc yüksəlişi davam edəcək.

Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi başa düşməyə, təkcə başa düşməyə deyil, açıq şəkildə qəbul etməyə yaxınlaşması da qismən geosiyasi dəyişiklik, qismən də “kimsə gəlib onların yerinə döyüşəcək” illüziyalarının çökməsi ilə əlaqədardır”, – deyən dövlət başçısı bildirib ki, Avropanın enerji təhlükəsizliyini gücləndirmək üçün hazırda Azərbaycanın enerji ehtiyatlarına əvvəllər olduğundan daha çox ehtiyac var. Görünən odur ki, yeni geosiyasi reallıqlar Ermənistanı Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa vadar edir.

Azərbaycanın geosiyasi çəkisi, rolu artdıqca, ermənilərin bəsləndikləri “dənizdən-dənizə böyük Ermənistan“ xəstə xəyalları puç olur. Azərbaycanın Avropa üçün vacib enerji və nəqliyyat tərəfdaşına çevrilməsi erməni lobbisinin təxribatçı fəaliyyətini müəyyən qədər məhdudlaşdırır.

Əvvəlki dövrlərdə olduğu kimi istədiklərini edə bilmirlər. Ona görə də nəticə etibarı ilə Ermənistan bütün bunları nəzərə almalı və illüziyalardan əl çəkməlidir. Qarabağ hesabına Ermənistanı böyütmək dönəmi bitib. Ermənistan dövlət olaraq var olmaq istəyirsə, Azərbaycanla anlaşmalıdır. Yəni Azərbaycanla sülh sazişi imzalayıb Qarabağın Azərbaycana məxsus olduğunu etiraf etməlidir.

 

Gülnar Məmmədova,

YAP Neftçala rayon təşkilatının fəal üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir