Loading

44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Azərbaycanın sülh tərəfdarı olan bir ölkə kimi mövqeyi Cənubi Qafqazda və regionda sülhün və təhlükəsizliyin təmin olunmasıdır. Eyni zamanda Azərbaycanın Cənubi Qafqaz regionunda mühüm nüfuz sahibi olması bölgənin sosial-iqtisadi inkişafına, sülhün bərqərar olmasına mühüm töhfələr verməkdədir və Ermənistan Azərbaycanın bu sülhsevər mövqeyini dəyərləndirməlidir. Qarabağ savaşında – Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin qazandığı tarixi Zəfər uzaqgörən görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin göstərdiyi mübarizə yolunun yaradıcı şəkildə davam və inkişaf etdirilməsinin, uğurla başa çatdırılmasının misilsiz nümunəsidir. Məhz Vətən müharibəsində qazanılmış tarixi Zəfərlə Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin olunması problemini həmişəlik həll edib. Müstəqil Azərbaycan dövləti bununla ərazi-inzibati cəhətdən özünün tamlığına nail olub.

Vətən Müharibəsində şanlı Zəfər qazanan Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında hərb tariximizdə yeni tarix yazdı , işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad etdi və ən əsası tarixi ədaləti bərpa etdi. Qazanılan bütün bu uğurlar isə ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin düşünülmüş və uzaqgörən sərkərdəlik təcrübəsinin məntiqi nəticəsi idi. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixində Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Eyni zamanda, Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa olunacaqdır. Bakıda, şəhərimizin ən gözəl yerlərinin birində Vətən müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaqdır. Allah bütün Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Fətəli Hüseynov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir