Son illərdə Azərbaycanda əhalinin təbii qaza olan tələbatının tam ödənilməsi, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlərin görülməsi üçün Prezident İlham Əliyev tərəfindən hər zaman tapşırıqlar verilib və bu tapşırıqların nəticəsi olaraq Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Neftçala rayonu Mirzəqurbanlı kəndinə yeni qaz xəttinin çəkilməsi işlərinə başlanılıb. Mirzəqurbanlı kəndinə çəkiləcək qaz xəttinin uzunluğu 9,0 km-dən çox olmaqla ilə 90-dan çox abonentin qaz təminatı yaxşılaşdırılacaqdır. Hal- hazırda 1,0 km-dən artıq hissəyə qaz xətti çəkilib və işlər sürətlə davam etdirilir.

Neftçala rayonu üzrə qazlaşmayan ərazilər haqqında “Azəriqaz” ASC-yə RİH tərəfindən müraciətlər olunub və həmin kəndlərə qaz çəkilməsi ilə əlaqədar layihələndirmə işləri aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.