Loading

Şəxsiyyət zirvəsinə yetişənlər və bu zirvənin fatehi olanlar, hər şeydən əvvəl ayaq basdıqları torpağa bir varlıq kimi baxmış və onun dəyərini heç bir ölçüyə sığışdırmamışlar. Ona görə ki, onlar tamlığı, bütövlüyü şərtləndirən amilləri ömür yollarının ilk başlanğıcında duyur, bu amillərdən yetərincə bəhrələnir, böyüdükcə torpağın müqəddəsliyini dərk edir, torpağın nəyə qadir olduğunu xüsusi düşüncə qüdrəti ilə qavrayırlar.

Şəxsiyyət zirvəsinin fatehi olmaq isə haqqın mübarək gözlərinin nuru ilə işıqlanan yolların xüsusi zəka ilə görünməsidir, keçilməsidir. Heydər Əliyev də böyük bir şəxsiyyət kimi Azərbaycanın zənginləşdirilməsi üçün mənalı ömür yaşamış və dövlətçilik amallarımızı dahiliklə həyata keçirməkdə əvəzsiz müdriklik göstərmişdir.

Müasir dünyanın siyasət aləmində tanınmış şəxsiyyəti olan Heydər Əliyev dönməz, əyilməz, qətiyyətli, cəsarətli Azərbaycan övladı kimi, bəşəriyyətin diqqətini özünə və ulu məmləkətimizə yönəltmiş, türkün ağıl qüdrətini və bəşəri dəyərlərə qadir olduğunu bir daha  təsdiqləmişdir. Heydər Əliyevin şəxsiyyət zirvəsinə qatmış ömür yolunun hər anını zərrə-zərrə nəzərdən keçirsək görərik ki, ömür yolunda, o, hər danışılan söhbətə, hər deyilən sözə, hər edilən hərəkətə dərketmə, qavrama, beyin süzgəcindən keçirməklə nəticə çıxarmaq qüdrəti ilə yanaşmışdır. Çünki, Heydər Əliyev kimi uzaqgörən bir şəxsiyyət dahilik zirvəsinə qovuşmaq amalıyla həyat yaşayanların əqidə bütövlüyü ilə ömür sürdüyünü gözəl bilirdi.

Heydər Əliyev öz vətəni, milləti qarşısında vətəndaş-şəxsiyyət borcunu layiqincə, ləqayətlə ödəyən, XX əsrin II yarısında Azərbaycanın milli mənəviyyat və milli azadlıq tarixi üçün yaddaş ömrü yaşayan şəxsiyyət olmaqla, dünyanın istənilən guşəsindən görülə bilən müdriklik, kamillik, aqillik zirvəsidir. Bu zirvəyə gedən yol elə Heydər Əliyev yoludur. Azərbaycanın milli azadlıq hərəkatı və milli mənəviyyat tarixində xüsusi səhifə yaradan dühalıq məktəbidir.

Heydər Əliyevin dövlət başçısının əsas xüsusiyyətlərindən biri də onun qətiyyətli, dönməz olmasıdır. Heydər Əliyev bu xüsusiyyəti ilə dünya siyasətçiləri arasında xüsusilə seçilmişdir. Verdiyi sərəncam və əmrlərin düzgünlüyü, qəbul etdiyi qərarların səhvsiz olması onda bu qənaətə əsas verirdi. Bu hal onun həyatının müxtəlif mərhələlərində baş vermişdir. Hər dəfə məhz Heydər Əliyevin qətiyyəti Azərbaycanı fəlakətlərdən qurtarmış, xalqı faciə ilə üz-üzə qalmaq təhlükəsindən xilas etmişdir. Öndərimiz və milli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Azərbaycan öz iqtisadi inkişafında dünya standartları səviyyəsinə qalxa bilmişdir. Və bu dövr respublikamız üçün həqiqi inkişaf dövrü olmuşdur.

Tariximizi və ya tarixi keçmişimizi tanıdan, yazılı qaynaqlarımızı əbədiləşdirən şəxsiyyətlər indi gözümüzün önündə olmasalar da, onların tariximizi bizə tanıdan əsərləri hamımızı sevindirir, qürurlandırır. Gələcəyimizə də bu prizmadan baxmaq bu gün bizim ən vacib vətəndaşlıq borcumuzdur. Məhz buna görə də öz müstəqilliyini qarışmış məmləkətimizin qüdrətlənməsi naminə ağlın gücündən, qüdrətindən müdrikliklə istifadə edən Heydər Əliyevin bizə ərmağan etdiyi azərbaycançılıq ideyaları ilə silahlanıb, onun layiqli varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməliyik ki, bu birlikdən dağılmaz qayalar yaransın.

Sona Haxıyeva

YAP Neftçala rayon təşkilatının təşkilati işlər üzrə məsləhətçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir