Doğma nəfəsə 30 ilə yaxın bir zamanda həsrət qalan, düşmən tapdağı altında qalan Qarabağımız azad edildikdən sonar aparılan yenidənqurma və bərpa işləri nəticəsində yeni görkəm alır, əzəli şöhrətini bərpa etmiş olur. Aparılan işlərin sonunda Erməni vəhşilərinin öz yırtıcı xislətlərinə uyğun törətdikləri vandalizm nümunələri sürətlə Qarabağ və ətraf rayonlarımızın həyatından silinəcəkdir. Bu gün işğaldan azad edilən ərazilərdə təkcə infrastruktur, iqtisadiyyat, yaşayış evləri bərpa edilmir, bütün bu işlərlə yanaşı tarixi abidələrimiz, dini ibadət yerlərimiz-məscidlərimiz, həmçinin qardaş dinlərin ibadət evləri ən yüksək səviyyədə bərpa edilərək vətəndaşlarımızın istifadəsinə verilir. Bütün bu geniş maştablı yenidənqurma işlərində yerli şirkətlərlə yanaşı Azərbaycanın müttəfiqi olan xarici dövlətlərin də şirkətləri yaxından iştirak edirlər. Qeyd etməliyik ki, bu gün Qarabağda aparılan tam yenidənqruma-tikinti işlərinin Azərbaycanla yanaşı bütövlükdə region dövlətlərinin iqtisadiyyatının inkişafında müstəsna rolu olacaqdır. Yendiənqurma işləri bütün xırda detallarına kimi tam olaraq Ölkə başçısının nəzarətindədir və bizlər bu münasibətin təəssüratlarını cənab İlham Əliyevin işğaldan azad edilən rayonlara səfərləri zamanı şahidi oluruq. Azərbaycan xalqı öz ərazi bütövlüyünü, sərhədlərinin tamlığını təmin etməklə hərbi və beynəlxalq aləmdə ən böyük qələbəsini təmin etdi. Bütün dünya dövlətləri bir daha Azərbaycan xalqının, məğrur Azərbaycan ordusunun şanlı əsgər və zabitlərinin hünərini gördü. Bu gün Azərbaycan dövlətinin qarşıya qoyduğu ən ali məqsədi işğaldan azad edilən rayonlarımıza məcburi köçkünlərimizin qaytarılması, böyük bərpa prosesini sürətləndirmək, azad edilmiş ərazilərdə daimi məskunlaşma və həmin ərazilərdə iqtisadi fəallığı artırmaqdır. Bu gün həmin ərazilərdə yenidənqurma işlərinin həyata keçirilməsini və bu işlərin davamlılığını təmin etmək üçün Qarabağ Dirçəliş Fondu təsis olunmuşdur ki, Fonda ilkin olaraq 2021-ci ilin Dövlət Büdcəsindən 2,2 milyard manat vəsait ayrılmışdır. Mənfur düşmən 30 ilə yaxın bir dönəmdə işğal altında saxladığı dədə-baba torpaqlarımızda bütün infrastrukturu məhv etməklə yanaşı, demək olar ki, maddi mədəniyyət nümunələrinin də əksəriyyətini ya məhv etmiş, ya da özünküləşdirməyə çalışmışdır. Ölkə başçısı cənab İlham Əliyevin işğaldan azad edilmiş rayonlara etdiyi səfərlər zamanı bir daha bizlər bu vandalizmin əyani şahidi oluruq. Düşmənin törətdiyi vandalizmin misli-bərabəri yoxdur. Qafqazın ən gözəl şəhərlərindən biri hesab edilən Ağdam şəhəri haqlı olaraq “Qafqazın Xirosiması” adlandırılır. Bu gün nəinki Ağdam rayonunda, eləcə də düşməndən azad edilmiş bütün ətraf rayon və şəhərlərimizdə istehsal müəssisələri, yaşayış evləri, ictimai binalar, xəstəxana və təhsil müəssisələri tamamilə məhv edilib. Düşmən özü də çox gözəl başa düşürdü ki, nə vaxtsa bu torpaqlardan qovulacaqdır. Məhz, ona görə bu ərazilərdə daşı-daş üstündə qoymayıb. Ermənistan bütün bu etdiyi vandalizmə, beynəlxalq səviyyəli hüquq pozmalarına görə cavabdehdir və bütün bu etdiklərinin hüquqi cəzasını alacaqdır. Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklər təkcə Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri sivilizasiyaya qarşı törədilmiş vəhşilikdir. Bu gün dövlətimiz tərəfindən Ermənistanın törətdiyi cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə bir çox işlər görülür. Bu istiqamətdə görülən işlər sırasında işğaldan azad olunmuş ərazilərə diplomatik korpusun nümayəndələrinin, yerli və xarici KİV təmsilçilərinin, müxtəlif beynəlxalq hüquq təsisatlaraının üzvlərinin səfərlərinin təşkilini təqdirəlayiq hal kimi qeyd etməliyik. Bu gün istər Qarabağ regionunda, istərsə də Cənubi Qafqazın siyasi həyatında yeni düzən formalaşıb. İşğaldan azad edilmiş ərazilərə yeni, doğma nəfəs gəlib. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə artıq start verib. İşlər uğurla icra olunmaqdadır. Ölkə başçısı cənab İlham Əliyevin işğaldan azad edilmiş rayonlara mütəmadi səfərlər etməsi və yenidənqurma işləri ilə yerində tanış olması dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığını sübut edir. Ərazilərin bərpası qısa zamanda həmin rayonlarda yeni iş yerlərinin yaradılmasını və güclü iqtisadi inkişafın təmin edilməsini şərtləndirəcəkdir. Aparılan yenidənqurma və bərpa işləri yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional səviyyədə inkişafı sürətləndirəcək, erməni vandalizminə məruz qalan torpaqlarımızda çox tez bir zamanda məskunlaşmanın hər birimiz şahidi olacağıq.

Fərid Əhmədov
Neftçala rayon sakini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir