44 günlük Vətən Müharibəsindəki qələbəmizdə şanlı tarix yazan şəhid Muradov Habil Tahir oğlunun Neftçala rayonu Beştalı kəndində xatirə bulağının açılışı olub. Açılışda Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər iştirak edib.
Habil Muradov 12 mart 2002-ci ildə Neftçala rayonunun Beştalı kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsinə iştirak edib və torpaqlarımızın işğaldan azad olunması üçün gedən döyüşlərdə şücaət göstərib. Füzuli şəhərinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və 08 noyabr 2020-ci ildə Beştalı kəndində dəfn olunub.

BizimNeftcala.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı, 18.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü” medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalı ilə Habil Muradov ölümündən sonra təltif edilib.
Şəhidin atası Tahir Muradov, anası Şamama Muradova bulağın açılışında çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda şəhid Habil Muradovun xatirə bulağının açılışı olub və xatirə şəkilləri çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.