Loading

Prezident Cənab İlham Əliyevin dövlətimizin milli maraqlarını qoruyaraq apardığı müstəqil çoxşaxəli xarici siyasət həm beynəlxalq münasibətlər sistemində, həm də qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin davamlılığında böyük uğur qazanır və ölkəmizə yeni nüfuz gətirir.

Müstəqil Azərbaycan dövləti Müzəffər Prezident və Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə daha böyük gələcəyə doğru qətiyyətlə addımlamaqda davam edir. Dünya liderləri sırasında xüsusi yeri və xalqımız qarşısında böyük xidmətləri olan Prezident İlham Əliyevin çoxcəhətli və yorulmaz fəaliyyətinin işığında Azərbaycanın hər sabahı daha parlaq və uğurlu görünür.

Bu gün Azərbaycanın siyasi, sosial və iqtisadi sahələrdə nə qədər böyük inkişaf yolu keçdiyi göz qabağındadır. Azərbaycan daxildə sabit siyasi vəziyyətə, daimi islahatlara təkmilləşdirilən cə cəmiyyətin maraqlarına cavab verən siyasi sistemə, dövlət-vətənda. münasibətlərində harmoniyaya, davamlı  iqtisadi inkişafa nail olan, dünya dövlətləri arasında özünə layiqli yer tutan, regionda lider olan bir ölkəyə çevrilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı bildirmişdir ki, Azərbaycan keçən il müstəqilliyinin 30-cu ildönümünü qeyd etdi. Azərbaycan hər zaman əməkdaşlıq sahələrini tapmağa çalışır. Azərbaycan heç bir zaman özünü nəhəng qonşuların siyasətinə uyğunlaşdırmayıb. Bizim hər zaman öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb.

Aytac İskəndərli,

YAP Neftçala rayon təşkilatının əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir