Kür çayının Neftçala rayonunun Aşağı Surra kəndi ərazisindən keçən hissəsində kənd sakini boğulub.


BizimNeftcala.info MAYAKİNFO – ya istinadla  xəbər verir ki, 2004-cü il təvəllüdlü Aşağı Surra kənd sakini Salayev Xəyal Zakir oğlu Kür çayında çimərkən boğulub. Əraziyə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Xəyal Salayev Şirvan Humanitar Kollecinin birinci kursunda təhsil alırmış. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.