Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda həyata keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumu ölkəmiz ən ali səviyyədə təmsil olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində iştirak etmişdir. Dövlət başçımız forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda geniş çıxış edərək Azərbaycanın bu günki uğurları, Avropa İttifaqı ilə əlaqələr, İtaliya ilə hərtərəfli tərəfdaşlıq münasibətlərinə toxunmuşdur. Bu gün Avropanın əsas və etibarlı enerji təchizatçıların biri olan ölkəmizlə münasibətlərdə artıq yeni yanaşmanın şahidi oluruq. Dünyada siyasi, iqtisadi kataklizmlərin, münaqişlərin baş verdiyi bir dönəmdə Azərbaycanın stabil siyasət yürütməsi, öz karbohidrogen ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə təchizatçıya çevrilməsi aparılan düzgün siyasətin bariz nümunəsidir. Bəli Azərbaycan bu gün cənab İlham Əliyevin sayəsində uğurlu daxili və xarici siyasət yürüdərək inkişaf və tərəqqi edir. Ölkəmiz postmünaqişə dövründə əvvəl olduğu kimi yenə də qonşuları ilə normal, balanslaşdırılmış siyasət yürüdür. Hətta 30 il ərzində torpaqlarımızı işğalda saxlayan mənfur rejimlə də normal qonşuluq prinsiplərində yaşamaq üçün onlara inteqrasiya və alternativlər təklif edilir. Heç şübhəsiz dövlətimizin bu siyasəti xüsusilə Avropada diqqətlə izlənilir. Hesab etmək olar ki, müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi bu gün İtaliya daxil Avropa İttifaqının prioritetləri cərgəsindədir. Heç şübhəsiz Müzəffər Liderimizin uğurlu siyasəti, əmin, konkret, etibarlı jestləri diqqətləri doğru olaraq özünə cəlb edib. Bu mənada cənab Prezident hər dəfə xarici jurnalistlərin suallarına öz geniş dünyagörüşü, zəngin idarəçilik bacarıqları və əsil lider kimi cavab verərək öz hazırcavablığı və müdrikliyi ilə dünyanı bir daha Azərbaycana, onun apardığı düzgün siyasətə heyran buraxır. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqelərdədir. Bütün bunların fonunda biz bu gün gələcəyə böyük ümidlə baxırıq. Dövlətimizin başçısı İlham Əliyev davamlı və dinamik inkişaf strategiyası əsasında bölgədə, dünyada dəyişən vəziyyətə uyğun olaraq öz inamlı siyasətini aparır. Hazırda demək olar ki, əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Hətta elə vacib görüş və tədbirlər var ki, onların keçirilməsi üçün məhz Azərbaycan seçilir və əlbəttə ki, bunun çox ciddi əsası var.
Gövhər Məmmədova
Neftçala rayon sakini