Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularını “Qarabağ” ordeni ilə təltif edib.

Bunlardan biridə Xüsusi Təyinatlı Qüvvələrin şəhidi kiçik gizir Mənəfov Şahmar Vidadi oğlu idi. Ordenin təqdim olunması üçün şəhidin ailəsi Rayon rəhbərliyi tərəfindən ziyarət olunub.
Ordenin təqdim olunmasında Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və ağsaqqallar iştirak edib.

İlk öncə şəhid Mənəfov Şahmarın qəbri ziyarət olunub və ruhuna dualar oxunub.
“Qarabağ” ordeni şəhidin atası Vidadi Mənəfova Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təqdim olunub. Şəhidin döyüş yolunu əks etdirən video kadrlar izlənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.