Loading

2023-cü il martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zirvə görüşündə iştirak edib. Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbiri açaraq iştirakçıları salamlamlayıb, Türkiyə və Suriyada baş vermiş zəlzələlərin qurbanlarının xatirəsi dövlət başçısının təklifi ilə bir dəqiqəlik sükutla yad edilib. BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin ən böyük birliyi olan Qoşulmama Hərəkatına Azərbaycanın bu il də sədrlik etməsi, eyni zamanda, Azərbaycanın dünyaya sülh mesajları verməsi istiqamətində mühüm əhəmiyyətə malikdir.

Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmiz təşkilatın fəaliyyətinin gücləndirilməsi ilə bağlı bir sıra təşəbbüslərlə çıxış edib. Azərbaycanın sədrliyinin koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, ölkəmiz çevik və səmərəli şəkildə öz sədrlik gündəliyini yeni reallığa uyğunlaşdırıb. Əlbəttə, bu prosesdə Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin təşəbbüskarlığı, qətiyyəti və siyasi iradəsi də mühüm rol oynayıb. Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Belə ki, məhz Azərbaycanın sədrliyi altında Qoşulmama Hərəkatı dünya ictimaiyyətini pandemiya ilə mübarizədə səfərbər etdi. Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında QH-nin COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti keçirildi. Bu sammitdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif dünya ictimaiyyəti tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir hesab olunur. Eyni zamanda, QH sədri kimi ölkəmiz “peyvənd millətçiliyi”nə qarşı uğurla mübarizə apardı. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi.

Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunacağı mühüm bir toplantıya ev sahibliyi etməsi, eyni zamanda, ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin göstəricisidir. Bu gün Qoşulmama Hərəkatı siyasi və hərbi gərginliklərin hökm sürdüyü dünyada ən ideal və optimal beynəlxalq siyasi platformadır. Ötən gün Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Prezident İlham Əliyev dünyanı bürüyən təhdidlər fonunda Hərəkatın nüfuzlu qurum olaraq beynəlxalq arenada dünya düzəninin yenidən formalaşmasında fəal iştirakının və səmərəli fəaliyyətinin vacibliyinə toxunub. Prezident təəssüflə bildirib ki, bu gün dünyada neokolonializm meylinin artdığı müşahidə olunur. Bunun qarşısını almaq üçün Qoşulmama Hərəkatının üzv dövlətləri bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində birləşməli, bu yöndə ciddi addımlar atmalıdır.

Əsgərov Gündüz,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir