Loading

1918-1920-ci illərdə olduğu kimi Ermənistan yürütdüyü  destruktiv siyasətinə, qonşu dövlətlərə qarşı ərazi iddiaları və başladığı müharibəyə görə özünü təcrid vəziyyətindədir. Vətəni, torpağı, daimi yaşayış məskəni olmayan ermənilər dünyaya səpələnərək günləri xoş keçən yerlərdə ömür sürmüşlər. Yerli şəraitə “uyğunlaşmağı”, güclülərə “xidmət göstərməyi” yaxşı bacaran bu “millət” daim xəyanətkarlıq, satqınlıq “nümunəsini” də ortaya qoyub. Onların bu xislətlərindən yararlanmağa çalışan güclü dövlətlər zaman-zaman “xidmətlərindən” bəhrələnmişlər. Hətta Azərbaycanın torpaqları hesabına dövlət qurmalarına belə, kömək göstərərək lazımi şərait yaratmışlar. Sonralar ermənilər “Böyük Ermənistan” xülyasına düşərək ərazilərini genişləndirməyə başlamış, “erməni soyqırımı” mifini uydurmuş, qonşu dövlətlərə ərazi iddiaları irəli sürmüşlər. Arxalarında güc hiss edəndə isə azğınlaşmış və qəddarlaşmış, kütləvi qırğınlar törətmişlər. Xatırladaq ki, bir neçə il öncə Türkiyə, İran və Gürcüstana ərazi iddialarını əks etdirən saxta xəritə Yerevanın mərkəzi Respublika meydanındakı əsas metro stansiyasında yerləşdirilmişdi. Bir vaxtlar  Ermənistanın keçmiş prezidenti S.Sarkisyan bildirmişdi ki, “biz müharibənin bir hissəsini etdik (təbii ki, burada Azərbaycan ərazilərinin işğalını nəzərdə tuturdu). Gələcək nəsillər isə növbəti müharibələrə hazır olmalıdırlar”.  Bütün bunlar göstərir ki, Ermənilərin Türkiyəyə, Gürcüstana, Azərbaycana qarşı ərazi iddialarının əsasında işğalçılıq amili dayanır.  Təsəvvür edin ki, erməni cəmiyyətinin beyni nə qədər zəhərlənmişdir  ki, kiçik, yoxsul, Rusiyadan asılı olan, onun qulu olan ölkə Türkiyə ərazisini də işğal etmək xülyasındadır. Əgər erməni cəmiyyəti tezliklə bu bəladan qurtulmasa bu onları məhvə sürükləyəcək və onların sonu olacaqdır.

Vüqar Dadaşov,

YAP Neftçala rayon təşkilatının sədr müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir