İşğaldan azad olunmuş Füzulidə inşa edilən beynəlxalq hava limanına ilk sərnişin təyyarəsi eniş edib.

Bizimneftcala.info xəbər verir ki, bu gün Saat 10:30-da Bakıdan havalanan, göyərtəsində jurnalistlərin, bloqerlərin və tanınmış simaların olduğu AZAL-a məxsus “QARABAĞ” adlı “Airbus A340-500” tipli sərnişin təyyarəsi saat 11 radələrində yeni hava limanına ilk enişini edib.

Füzuli beynəlxalq hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağına düşən hava gəmisinin təhlükəsiz enmə anını təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir