Neftçala rayonunda dənizdə batan hər üç şəxsin kimliyi məlum olub.

BizimNeftcala.info xəbər verir ki, bu gün axşam saat 18:15 radələrində Neftçala rayonunun Şirvanlı kəndi ərazisində dənizdə boğulan şəxslərin Neftçala şəhər sakinləri 1977-ci il təvəllüdlü Mənəfov Şükür Vaqif oğlu , 1977-ci il təvəllüdlü Bədəlov Məmməd Ələsgər oğlu və onun oğlu 2013-cü il təvəllüdlü Bədəlzadə Əbülfəz Məmməd oğlu olduğu müəyyən edilmişdir. Məmməd Bədəlovun 2010-cu il təvəllüdlü digər oğlu xilas edilmişdir. Hazırda FHN-nin xilasediciləri tərəfindən Şükür Mənəfovun axtarışları davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.