Loading

Ulu Öndər Heydər Əliyev 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) Tarix fakültəsini bitirmişdir

Heydər Əliyev özünün nəhəng fəaliyyəti ilə və böyük bir iftixar hissi ilə tarix yaratmış, dünya tarixinin və Azərbaycan tarixinin qızğın səhifəsinə daxil olmuşdur. 1957-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini əla qiymətlərlə, fəxri diplomla bitirən Heydər Əliyev Azərbaycanda rəhbər işlədiyi bütün zamanlarda elmin, mədəniyyətin, maarifin, ədəbiyyatın və incəsənətin inkişafına daim diqqət verimş və heç bir zaman qayğısını əsirgəməmişdir. Hələ 1969-1982-ci illərdə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində işləyərkən Bakı Dövlət Universitetinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yüksək səviyyəli kadrlarla təmin edilməsi, elmi-intellektual potensialının yüksəldilməsinə böyük kömək göstərmişdir. Bakı Dövlət Universitetinin hazırkı 1 saylı və 2 saylı doqquzmərtəbəli tədris korpusları, Universitetin tələbə şəhərciyi, onun 4 beşmərtəbəli yataqxanası, xarici tələbələr üçün 1 beşmərtəbəli bina, böyük kitabxana Heydər Əliyevin göstərişi və xeyir-duası ilə tikilmişdir.

Azərbaycan tarixini gözəl bilən, erməni millətçilərinin Azərbaycan xalqının başına gətirdiyi müsibətlərdən xəbərdar olan Heydər Əliyev DTK-da rəhbər vəzifələrdə çalışdığı dövrlərdə erməni məkrinin əyani sübutları ilə dəfələrlə qarşılaşmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərini, ermənilərin Azərbaycana qarşı Sovetlər dönəmində də səngimək bilməyən ideoloji mübarizəsini Heydər Əliyev ağızdan-ağıza deyil, məhz ilk qaynaqdan öyrənmiş, təhlil süzgəcindən keçirmiş, erməni millətçiliyinin Dağlıq Qarabağda baş qaldırmasına qarşı mübarizənin ön sıralarında olmuşdur.

Anadan olmasının 100-cü ildönümünü qeyd etdiyimiz, idarəçilik fəlsəfəsi fərqli və özünəməxsus cəhətlərlə zəngin olan Ümummilli Lider Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik mərhələsi ölkəni sürətli inkişaf yoluna çıxarmaqla yanaşı, milli müstəqilliyə etibarlı zəmin formalaşdıran amillərlə də zəngin olmuşdur. Müstəqillik dönəmində Heydər Əliyevin idarəçiliyinin ən mühüm xüsusiyyəti Azərbaycanın bütün sahələr üzrə inkişafının yeni mərhələsinə qədəm qoyması, sözün əsl mənasında, öz intibah dövrünü yaşaması olmuşdur. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan Heydər Əliyev hər zaman bu məsələni diqqət mərkəzində saxlayırdı. O, dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi. Əminliklə deyə bilərik ki, Ulu Öndərin bu münasibəti hər birimiz üçün böyük məktəbdir.

Gülrux Nağıyeva,

YAP Neftçala rayon təşkilatının fəal üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir