Ukrayna kəşfiyyat xidməti Buçada Ukrayna xalqına qarşı hərbi cinayətlər törətmiş rusiyalı hərbçilərin siyahısını dərc edib.
Bizimneftcala.info
BBC-ə istinadla xəbər verir ki, Müdafiə Nazirliyinin saytında dərc olunan siyahıda 2000-ə yaxın hərbçinin adları, doğum tarixi, pasport nömrələri və rütbələri yer alıb.
“Unutmayın! Bütün hərbi cinayətkarlar Ukraynanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb olunacaqlar”, – deyə, MN-in yaydığı məlumatda bildirilir.
Yüksək səviyyəli hökumət mənbələrindən verilən məlumata görə, Böyük Britaniya hökuməti Rusiya ordusundakı kapitanları, mayorları və polkovnikləri hədəf almaq üçün tədbirləri nəzərdən keçirir.
Tədbirlərə sanksiyalar, habelə Ukraynada törədilmiş hər hansı cinayətə görə şəxslərin qanuni məsuliyyətə cəlb edilməsi yolları daxil ola bilər.
Qeyd edək ki, şəhərin Ukrayna ordusu tərəfindən azad olunmasından sonra uzun müddət rus ordusunun nəzarətində olmuş Buçada xeyli sayda mülki insan cəsədləri aşkarlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.