Loading

Azərbaycanda yaşamaq hünər deyildir, onun layiqli  vətəndaşı olmaq əsl hünərdir. Azərbaycan çox sahələrdə qabaqcıl təcrübə məktəbinə çevrilmişdir. Bütün bunlar Heydər Əliyev dühasının unudulmaz zidmətlərinin fərəhli bəhrələri idi. Çətin, mürəkkəb, çoxcəhətli, çoxsahəli və  zəngin fəaliyyəti nəticəsində Heydər Əliyev dünyada tanınmış görkəmli dövlət xadimi və siyasi xadim kimi formalaşdı, tarixi şəxsiyyətə çevrildi, dünyanın nadir insanları çərçivəsinə daxil olmaqla, müdriklik, kamillik zirvəsinə yüksəldi.Onun şəxsində və zəhmətinin nəticəsində Azərbaycan da dünyada tanındı. Bu müdrik şəxsiyyətin həyatının hər bir inkişaf mərhələsi Azərbaycanın yüksəlişi, onun beynəlxalq aləmdə tanınması mərhələsi kimi nəzərə çarpmaqdadır.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər bütün sahələrdə respublikamız üçün həqiqi inkişaf dövrü olmuşdur. Bütün bunları xalqımız və onun hər bir üzvü görməyə qiymətləndirməyə bilməz. Bunun qiymətləndirilməsi vətən və gələcək nəsil qarşısında siyasi məsuliyyət daşıması deməkdir.

Azərbaycan xalqı fəxr edir ki, hazırda dahi şəxsiyyət, görkəmli dövlət başçısı və siyasi xadim , Azərbaycanı müstəqillik yolu ilə inamla aparır.İndi fəxrlə deyə bilərik ki, Azərbaycan dünyanın hər yerində əbədi milli liderimiz Heydər Əliyevlə tanınır. Bu böyük şəxsiyyət övladı olduğu xalqına xidmət etməklə, həm tarixi şəxsiyyət kimi yüksəlmiş, dünya şöhrəti qazanmış, həm də Azərbaycanı, xalqımızı yüksəltmiş, dünyaya tanıtmışdır. Bu istiqamətdə görülən işləri və yaşanmış ömrü izlədikcə görürük ki, o, hər gördyü işin nəticəsinə görə vətən, dövlət və özü qarşısında məsuliyyətin mahiyyəti ilə zirvədən-zirvəyə yüksəlmişdir.

Siyasi məsuliyyət Azərbaycanın xoşbəxt gələcəyini təmin etməyə qadir olan siyasi əqidəni duymaq və ona dəstək verməkdir. Xalq siyasi məsuliyyətini, Vətən, xalq və dövlət qarşısında hiss edərək, məmləkətimizin əqli gücünü dünyada təqsdiqləyən müdrik dövlət başçımızı Vətənimizin xilaskarı kimi qəbul etmişdir və Azərbaycanın xoşbəxt gələcəyi üçün özündə siyasi məsuliyyəti dərk edən siyasi lideri yenidən dəstəkləyir.

Xanım Ağayeva,

YAP Neftçala rayon təşkilatının fəal üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir