Loading

Hər dəfə Ulu Öndərimiz, xalqımızın sevimli və fədakar oğlu Heydər Əliyev haqqında düşünəndə ürəklərimiz sevinclə və sonsuz iftixar hissi ilə coşur. Hər şeydən əvvəl ona görə ki, biz indi bu böyük şəxsiyyətin  yaratdığı azad ölkənin vətəndaşlarıyıq. Babalarımız, əsrlə boyu torpaqlarımız üzərində ömür sürənlər azad məmləkəti daim xəyallarında yaratmışdılar. Bizim nəsil isə Heydər Əliyevin sayəsində belə müqəddəs bir arzunun həyata keçirilməsinin şahidi oldu. Müstəqil dövlətimizin təşəkkül tapmasında, şübhəsiz ki, ən böyük xidmət Ümummilli liderimiz, dünya miqyaslı dahi şəxsiyyət Heydər Əliyevə məxsus olmuşdur. Onun xalqımızın ümdə arzularının gerçəkləşməsindəki rolu danılmazdır. Bugünkü azad və suveren respublikamız Ulu Öndərimizin ən böyük əsəridir.

Xalqımızın qəlbində əbədi yaşayan Ulu Öndər Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci Dünya müharibəsinin başlanması təhsilini başa çatdırmağa imkan verməmişdir.

Şərəfli və mənalı ömrünü Azərbaycanın inkişafına,onun dünya dövlətləri sırasında layiqli yer tutmasına həsr etmiş Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ölkəmizdə böyük hörmət və ehtiramla qeyd edilir. Ümummilli Liderimizə ümumxalq məhəbbəti Azərbaycanın özü qədər əbədidir. O, müstəqil respublikamızın qurucusu və memarıdır. Ölkəmiz məhz onun müəyyən etdiyi siyasi kursla irəliyə doğru addımlar atır. Onun ideyaları üstündə qərar tutur. Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin titanik fəaliyyəti və böyük adı ilə bağlıdır. O, hansı vəzifəni tutmasından asılı olmayaraq daim xalqının azadlığını və müstəqilliyini düşünmüş, var qüvvəsi ilə çalışmış, canını-qanını bu yolda əsirgəməmişdir. Bu gün bu böyük işlər uğurla davam etdirilir. Heydər Əliyev məktəbinin yetirməsi və onun siyasətinin layiqli davamçısı cənab İlham Əliyev bütün varlığı ilə bu əzəmətli yürüşə başçılıq edir.

Gülər Mirzəyeva,

YAP Neftçala rayon təşkilatının fəal üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir