İşğaldan azad edilmiş Laçın rayonu düşməndən təmizləndikdən sonra bu ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam etdirilir.Əhalinin Laçın şəhəri də daxil olmaqla Zabux,Sus və digər kəndlərə köçürülməsi prosesi artıq həlledici mərhələyə daxil olub.Azərbaycan Ordusunun Laçın dəhlizinə nəzarəti tam ələ almasından sonra təhlükəsizlik tədbirləri də tamamilə möhkəmlənib.Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bu rayonda quruculuq işləri daha da genişlənib və bölgənin milli iqtisadiyyata sürətli inteqrasiyasının təmin edilməsi, zəngin iqtisadi resurslarının üzə çıxarılması və bölgənin əhalisinin layiqli və keyfiyyətli sosial həyat tərzinin yaradılması istiqamətində fasiləsiz addımlar atılır.Azərbaycan Prezidenti İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.“Bununla paralel olaraq, Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start vermişik. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək. Xaricdə yaşayan ermənilər Zabux kəndində, yenə də deyirəm, o cinayəti törədən Ermənistan dövləti ilə birlikdə bir kənd salmışdılar, evlər tikmişdilər. O evlərdə indi bizim hərbi birləşmələrimizin şəxsi heyəti yerləşir. Ancaq Zabux kəndinin sakinləri üçün tamamilə yeni kənd salınır”.Laçının iqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdəndir bu rayon, Şərqi Zəngəzur bölgəsi böyük sənaye və aqrar imkanlara malikdir. İşğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq olub.Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunub. Laçında fəaliyyət göstərən sənaye müəssisələri daha çox xammal növlərinin emalına əsaslanıb.Rayon, həmçinin zəngin təbii ehtiyatlara malikdir. Bölgə dağ turizmi və ekoturizm potensialına görə xüsusi əlverişli mövqeyə malikdir.Laçının strateji coğrafi mövqeyi, digər bölgələrin qovşağında yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları bu bölgənin gələcəkdə Azərbaycanın ən iri sənaye və iqtisadi güc mərkəzinə çevrilməsi imkanlarını genişləndirəcək.Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə xarici sərmayəçilərin axınına səbəb olacaq.Həyata keçirilən kompleks işlər nəticəsində Laçın, nəinki Azərbaycan, eləcə də dünya miqyasında ən gözəl şəhərlərdən birinə çevriləcəkdir.Azərbaycan Laçın rayonu da daxil olmaqla işğaldan azad edilmiş bütün ərazilərdə bərpa-quruculuq işlərini öz gücü hesabına həyata keçirir.
Rüfət Quliyev
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini