25 Noyabr 2022-ci il taxində ADA Universitetində keçirilmiş “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” beynalxalq konfransda xarici nümayəndə heyətidə iştirak edib. Brüssel Universitetinin Avropa Araşdırmaları İnstitutunun baş elmi işçisi Koert Debeufun Kremlin Rusiya-Ukrayna müharibəsindəki psixologiyası nədir, Ukraynaya nə olacaq sualına Cənab İlham Əliyevin cavabı belə olmuşdur: “Düşünürəm ki, heç kim nə baş verəcəyini bilmir. Biz birbaşa bu prosesdə iştirak etmirik. Məlumatı əsasən açıq mənbələrdən alırıq. Lakin başa düşdüyümüzə görə, bu müharibə ilə bağlı beynəlxalq prosesləri qətiyyən proqnozlaşdırmaq mümkün deyil. Düşünürəm ki, ən mühüm sual odur ki, bu, nə vaxt bitəcək və necə bitəcək? Dünyada çox şey bundan asılı olacaq. Ona görə də bunun necə davam edəcəyini şərh etmək mənim tərəfimdən bir növ məsuliyyətsizlik olar. Bu, bir sıra amillərdən – Rusiya hökumətinin siyasətindən, Ukrayna hökumətinin siyasətindən və Ukrayna ordusunu dəstəkləyən Qərb alyansından asılıdır. Beləliklə, başa düşmək lazımdır ki, müharibəyə son qoyulmalıdır. Düşünürəm ki, bu, bir nömrəli məsələdir və sözsüz ki, Azərbaycan hər zaman bütün beynəlxalq forumlarda bütün ölkələrin ərazi bütövlüyünün tərəfdarı kimi çıxış edib və biz bu mövqedə qalırıq.
Biz özümüz ərazi bütövlüyümüzün pozulmasından əziyyət çəkmişik. Ona görə də ərazi bütövlüyü beynəlxalq hüququn başlıca prinsipidir. Başqa bir məsələ ondan ibarətdir ki, müxtəlif ölkələrin ərazi bütövlüyünə selektiv yanaşma var. Sizə deyə bilərəm ki, işğal dövründə biz hər zaman müəyyən mənada, yumşaq desək, məyus olurduq ki, postsovet məkanında münaqişələrə fərqli münasibət var. Gürcüstan və Moldovada münaqişə ilə bağlı, hətta Ukraynadan əvvəl, bu ölkələrin ərazi bütövlüyünə dəstək tamamilə açıq şəkildə ifadə olunurdu. Azərbaycana gəlincə, biz heç vaxt vasitəçilərdən belə açıq yanaşma və ya bəyanat eşitməmişik. Onların yanaşması belə idi ki, siz razılaşmalısınız. İctimaiyyət qarşısında yanaşma bu idi. Bizim bəzən qapalı danışıqlar zamanı aldığımız mesajlar ondan ibarət idi ki, bu, reallıqdır və hər bir ölkə öz reallığını nəzərə almalıdır. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələri barədə soruşanda isə heç bir cavab yox idi, ərazi bütövlüyü barədə heç bir cavab yox idi, Helsinki yekun aktı barədə heç bir cavab yox idi. Biz dedik ki, yaxşı, bu, reallıqdırsa, onda biz bu reallığı dəyişəcəyik və biz reallığı dəyişdirmək üçün özümüzü hazırlamağa başladıq. Bu, belə baş verdi.
Vəziyyəti dəyişən beynəlxalq hüquq, BMT, Ermənistanın konstruktiv yanaşması deyil, bizim ordumuz, xalqımız və siyasi iradəmiz oldu. Beləliklə, reallıqlar dəyişməlidir. Sizin bunu etmək üçün gücünüz varmı? Varsa, bunu edirsiniz, yoxdursa, güc toplayırsınız. Əgər sakit həyat istəyirsinizsə, bu reallıqla razılaşırsınız. Bizim seçimimiz fərqli idi. Mənə yuxusuz gecələrlə bağlı sual verildi. Bəli, işğal dövründə çox olub qəzəb hissinə görə, nə isə baş verəcəyi hissinə görə deyil, qəzəb hissinə görə və bəzən dünyanın bu ədalətsizliklə necə nizamlandığını anlamağa görə. Mənim ədalətə inamım yalnız biz müharibədə qalib gələndən sonra yarandı. Mən yenidən ədalətə inanmağa başladım. Ona görə də yenə də bunun sonunun necə olacağını bilmirəm. Bizim etdiklərimiz açıq-aşkardır. Bizim ərazi bütövlüyünün bərpası ilə bağlı vəziyyətə necə yanaşdığımız da məlumdur. Ona görə də siz güclü olmalısınız. Əfsuslar olsun ki, bu, XXI əsr beynəlxalq münasibətlərinin nəticəsidir. Qətnamələri, bəyanatları, xoş sözləri unudun, onların heç bir dəyəri yoxdur. Siz, sizin xalqınız, ordunuz və sizin ədalət hissiniz.

Dünya Həziyeva,
YAP Neftçala rayon təşkilatının fəal üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir