Loading

Prezident İlham Əliyevin dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrinin dərinləşdirilməsinin ,iqtidar- xalq birliyinin,dövlətimizin humanist ənənələrə söykəndiyinin əsaslı sübutudur.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin xətti ilə partiya sədrləri arasında ikitərəfli və çoxtərəfli görüşlərin , konfransların ,müxtəlif tədbirlərin keçirilməsi ,  bu tədbirlərdə ölkənin ictimai-siyasi, sosial, təhlükəsizlik məsələləri ətrafında müzakirələrin, fikir, informasiya mübadiləsinin aparılması praktikası, azad olunmuş ərazilərə birgə səfərlərin təşkili, siyasi partiyalarla bir növ “qaynar xətt” yaradılması praktikasının tətbiqi, həm də bu prosesin nəticəsi olaraq bir sıra partiyaların qeydiyyatı, qurultaylarının keçirilməsi, ofis probleminin həlli ümumən Azərbaycan cəmiyyətində yeni, sivil siyasi münasibətlərin formalaşdırılması istiqamətində pozitiv nəticələrdir.Bunu da qeyd etmək lazımdır ki ,heç bir  partiya   siyasi dialoqdan imtina etməyib. Bu da artıq Azərbaycan dövlətinin hər bir vətəndaşının iqtidar və ya müxalifət olmağından asılı olmayaraq birliyini ,bir amal ,bir məqsəd uğrunda düşündüyünü göstərir.Bu amal ,bu məqsəd isə Azərbaycanın azadlığı və müstəqilliyidir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev qlobal arenada baş verən prosesləri düzgün qiymətləndirərək Cənubi Qafqazda sülhü beynəlxalq müstəvidə davamlı etmək məqsədilə Azərbaycanın çoxvektorlu xarici siyasətini uğurla davam etdirir.

Siyasi partiyaları başqa ictimai birliklərdən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, siyasi partiyalar parlament və hökumətdə yer əldə etmək üçün açıq şəkildə mübarizə aparır. Siyasi partiyalar siyasi sistemin əsas komponentidir. Onlar siyasi prosesin bütün mərhələlərində yəni ki, seçkilərdə, dövlət orqanlarının təşkilində, siyasi və dövlət qərarlarının qəbulunda və onların həyata keçirilməsində fəal iştirak edir.

Siyasi dialoqa yaradılan əlverişli şəraitə baxmayaraq bu təşəbbüsləri inkar edən və bu proseslərdə iştirak etməkdən boyun qaçıran “qüvvələr” də tapılır. Bununla da həmin “qüvvələr” öz radikal və xain mövqelərini nümayiş etdirmiş olurlar. Siyasi partiyaların güclənməsinə və ölkənin siyasi sistemində rolunun artırılmasına xidmət edən yeni Qanuna qarşı sərt və qərəzli şəkildə çıxış edən qüvvələr özlərini ifşa edirlər. Bu cür partiyalar açıq rəqabətə hazır deyillər və onlar müxalifətçiliyə dair öz inhisarçılığını itirmək qorxusunu yaşayırlar. Radikal müxalifətin tənqidi ritorikası emosional və spekulyativ xarakterli demaqogiyadır. Müxalifətin emosional və əsassız ritorikasının təyinatı ölkəmizdə yeni təxribat xarakterli situasiyalarının yaradılmasından ibarətdir. Rasionallıq və konkretlikdən uzaq olan demaqogiyanın strateji hədəfi əldə olunmuş uğurlara “kölgə” salmaqdan ibarətdir.

Radikalların qərəzli siyasi ritorikası məhz iqtidar tərəfindən ötən müddət ərzində əldə olunmuş uğurlarının gözdən salınmasına fokuslanıb. Bu cür ritorika sağlam əməkdaşlığa çağırmır, əksinə cəmiyyətin parçalanmasına xidmət edir. Odur ki, iqtidarın dialoqla bağlı açıq mesajlarına radikallar yalnız yeni təxribatlarla cavab verir. Belələrin yeganə çıxış yolu isə ancaq küçə etirazlarıdır. Bu cür yanaşma isə rasional, xüsusilə də peşəkar və demokratik sayıla bilməz. Rasional və demokratik müxalifətçilik dialoqsuz mümkün deyil. Açıq müzakirələr tələb edən dialoq mühiti cəmiyyətdə mövcud potensialının səfərbər olunmasına xidmət edir. Odur ki, dialoqun inkar edilməsi milli həmrəyliyə qarşı çıxış etmək deməkdir.

Bu gün Azərbaycanda radikal müxalifətin necə kifləndiyini, təmsilçilərinin necə “köhnəldiyini” elə öz içlərindən etiraf edirlər. İqtidardan bu barədə onlara çox deyilmişdir, amma siyasi mübarizədən gözləri doymur deyə qəbul etmək istəmirdilər. Artıq iş o yerə çatıb ki, müxalifətin qocaldığını da özləri dəfələrlə bir-birlərinə deyirlər. Hətta bununla bağlə elə özləri geniş məqalələrlə çıxış edir, sosial mediada debatlar edirlər. Radikal müxalifət buna görə də nə öz aralarında, nə də qarşı tərəflə siyasi dialoqa gələ bilmir. Onlar hələ də anlamaq istəmirlər ki, demokratiyaya gedən yol siyasi dialoqdan keçir. Azərbaycan dövləti də onlara bunu təşəbbüsü edib. Bu baxımdan Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı diqqət çəkir: “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.”

İradə Heybətova,

YAP Neftçala rayon təşkilatının fəal üzvü

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir