Bağçaların fəaliyyəti hələ də davam etdirilir.

BizimNeftcala.info xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələri hesab olunan olan bağçaların bir sıra amillər də nəzərə alınmaqla fəaliyyətinin davam etdirilməsinə qərar verilib:

“Bu amillər nəzərə alınmaqla bağçaların distant təhsilə keçirilməsi mümkün deyildi. Buna görə də növbəti həftələrdə bağçalar öz fəaliyyətini davam etdirəcək. Lakin vətəndaşlarımızdan sanitar-gigiyenik normalara riayət etmələri xahiş olunur”.

E.Əmrullayevin fikrincə, gələcək dövr üçün təhsil prosesinə hansı formada davam edilməsi ilə bağlı proqnoz vermək gələn həftələrdən mümkün ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir